Məşhur reper baş nazir olmağa hazırlaşır

Nepalda sentyabr ayında baş verən etirazlarda 77 nəfər həyatını itirib. Hadisədən sonra Baş nazir KP Şarma Oil istefa verib.
Sfera.az bildirir ki, Nepalda seçkilərə hazırlıqlar ərəfəsində məşhur reper Balen Şah baş nazirliyə namizəd olub. 2022-ci ildən bəri mer vəzifəsində çalışan Balen Şah indi 2026-cı il ümumi seçkilərinə hazırlaşır. Böyük bir izləyicisi olan Balen Şahın partiyası rəqiblərini çox geridə qoyub.
1990-cı il təvəllüdlü Balen Şah Nepaldan olan tanınmış reperdir. 2022-ci ildə Katmandu meri seçilən Balen Şah baş nazirliyə namizədliyini irəli sürmək üçün istefa verib.
Sentyabr ayında ölkədə baş verən etirazlar çoxlu ölüm hadisəsi ilə nəticələnib. Bu hadisələr Nepal baş nazirinin istefasına səbəb olub. İstefadan sonra Balen Şah:
"Əziz Z nəsli, qatiliniz istefa verib. İndi sizin nəsil ölkəyə rəhbərlik etməlidir"-deyə bildirib.
O, "Hazır olun" mesajını paylaşaraq görkəmli siyasi fiqur olub.
Dünyaca məşhur reperlər Tupac Şakur və 50 Cent-dən təsirlənərək musiqiyə başladığını bildirən Balen Şah sosial tənqid əks etdirən bir çox rep mahnısı yayımlayıb. Keçmiş reper indi baş nazirliyə ən güclü namizəddir.
Onun partiyası hər kəsi üstələyib. O, baş nazir olmaq üçün ən yaxşı seçim hesab olunur.
Baş nazir seçkilərində paylaşılan rəqəmlərə görə, Balen Şahın Rastriya Swatantra Partiyası (RSP) rəqibləri üzərində əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Yarışda liderlik edən partiyanın dominant performans nümayiş etdirdiyi və hökuməti ələ keçirəcəyi deyilir. Balen Şah ölkədə o qədər populyardır ki, Katmanduya gedən avtobuslarda "Balenin şəhərinə gedirəm" yazısı olan stikerlər var.
Əgər Balen Şah seçkilərdə qalib gələrsə, onun "rep musiqisindən ölkənin baş naziri vəzifəsinə" gedən yolu "dramatik yüksəliş" kimi şərh olunur. Balen Şahın populyarlığının ən vacib səbəbinin əsas mediadan yayınması və sosial mediadakı fəaliyyəti olduğu deyilir. Siyasi analitiklər qeyd ediblər ki, Balenin mesaj göndərmək üçün sosial mediadan aktiv istifadə etməsi ona, xüsusən də Z nəsli ilə əhəmiyyətli bir əlaqə qurmağa imkan verib.
Aynil
