“Qudzon möcüzəsi”: Təyyarə çaya necə endi?

"Qudzon möcüzəsi": Təyyarə çaya necə endi?
Kateqoriya məlum deyil
T

2009-cu il yanvarın 15-də ABŞ-də baş verən hadisə aviasiya tarixinin ən möhtəşəm xilasedici enişlərindən biri kimi yadda qaldı. Nyu-York səmasında mühərriklərini itirən sərnişin təyyarəsi Hudson çayına endirildi və təyyarədə olan bütün sərnişinlər sağ xilas edildi. Bu hadisə sonradan “Qudzon möcüzəsi” adı ilə məşhurlaşdı.


Sfera.az xatırladır ki, 2009-cu il yanvarın 15-də "US Airways" hava yollarına məxsus 1549 nömrəli reyslə uçan təyyarə Nyu-Yorkdakı "LaQuardia" (LaGuardia) hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra quş sürüsü ilə toqquşub.

 

Nəticədə təyyarənin hər iki mühərriki sıradan çıxıb.


Pilotlar hava limanına qayıtmaq üçün kifayət qədər yüksəklik və məsafə olmadığını anlayaraq fövqəladə qərar verdilər. Təyyarənin kapitanı Çesli Sallenberqer (Chesley Sullenberger) və ikinci pilot Ceffri Skaylz (Jeffrey Skiles) təyyarəni Hudson çayı üzərinə endirməyi qərara aldılar.

 


Peşəkar idarəetmə nəticəsində təyyarə suyun səthinə zərərsiz eniş etdi. Təyyarədə olan 150 sərnişin və 5 ekipaj üzvünün hamısı sağ qurtarıldı.


Hadisədən dərhal sonra çayda olan bərələr və xilasedici qruplar sərnişinlərin təxliyəsinə kömək edib. Qısa müddətdə bütün sərnişinlər sudan çıxarılıb və onlara tibbi yardım göstərilib. Hadisə zamanı ciddi insan itkisi olmayıb.

 


Mütəxəssislər “Qudzon möcüzəsi”ni müasir aviasiya tarixinin ən uğurlu fövqəladə enişlərindən biri hesab edir. Kapitan Sallenberqerin soyuqqanlı qərarı və pilotların peşəkarlığı yüzlərlə insanın həyatını xilas etdi.


Bu dramatik hadisə 2016-cı ildə çəkilmiş “Sallu” (Sully) filmində ekranlaşdırılıb. Film qəhrəman pilotun qərarları və hadisənin pərdəarxası araşdırmalarını əks etdirir.


Orxan

 

PAYLAŞ