Yaşlı kişilərə meyl edən gənc qızlar – Günümüzün acı reallığı

Son dövrlərdə gənc qızların ata və ya baba yaşında kişilərlə münasibətləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələr və gündəlik müşahidələr göstərir ki, gənc qızlar artıq sevgi və dəyəri deyil, maddi imkanları və lüks həyatı daha önəmli hesab edirlər.
Sfera.az məsələ ilə bağlı araşdırma aparıb.
Psixoloq Nərmin Əmrahova bildirib ki, bu tendensiya bəzi valideynlər tərəfindən dəstəklənir:
“Bir çox ailələr qızlarının bloger, tiktoker və ya şou əhli olmasına fəxr edir, çünki onların qazandıqları pullar ailənin həyatına təsir göstərir.”
Psixoloq əlavə edib ki, gənc qızların yaşlı və evli kişilərə meyli yalnız maddi maraqlarla bağlı deyil, eyni zamanda onların təhlükəsizliyə və diqqətə olan ehtiyacından irəli gəlir. Araşdırmalar da onu göstərir ki, yaşlı kişilər münasibətlərdə daha nəzakətlidir və gənc qızları itirmək istəmirlər, həmyaşıd oğlanlarla müqayisədə isə daha diqqətlidirlər.
Müsahibimiz onu da qeyd edib ki, qorxulu məsələ erkən nigah deyil, gənclərin hər cür razılaşmaya getməsidir:
“Bu tendensiya gələcək nəsillərin münasibət və ailə anlayışına ciddi təsir göstərə bilər.”
Mənsumə
Sfera.az
