Balıq bürcündə yeni Ay: Uzunmüddətli təsirlər olacaq

Balıq bürcündə yeni Ay: Uzunmüddətli təsirlər olacaq
Kateqoriya məlum deyil
T

Astroloq Dinçer Güner mart ayında başlayacaq yeni Ay hadisəsi ilə bağlı proqnozlarını açıqlayıb.


Sfera.az xəbər verir ki, martın 19-da Balıq bürcünün 28-ci dərəcəsində yeni Ay doğacaq və onun təsirləri təxminən martın 30-dək davam edəcək.


Astroloqun sözlərinə görə, bu dövr emosional və psixoloji baxımdan kifayət qədər həssas bir mərhələ ola bilər. İnsanlarda empatiya hissi güclənə, keçmişdə yaşanan emosional hadisələr yenidən gündəmə gələ bilər. Bəzi hallarda səbəbsiz kədər, güclü duyğular və ya simvolik məna daşıyan yuxuların artması da mümkündür.


Bu mərhələdə münasibətlərdə də diqqətli olmaq tövsiyə edilir. Balıq enerjisi romantikanı gücləndirsə də, astroloq münasibətlərdə həddindən artıq idealizmdən və manipulyasiyalara açıq olmaqdan çəkinməyi məsləhət görür. Subaylar üçün isə bu dövrdə emosional və mənəvi bağ yarada biləcəkləri yeni tanışlıq ehtimalı yüksəkdir.


Astroloji proqnoza görə, yaradıcılıq sahəsində çalışanlar üçün bu dövr məhsuldar keçə bilər. Xüsusilə incəsənət, dizayn, yazıçılıq və sosial yardım fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni imkanların yarana biləcəyi bildirilir.

 

 

Dinçer Güner əlavə edib ki, Uran ilə olan astroloji əlaqələr səbəbindən gözlənilməz hadisələr, yeni layihələr və ya sürpriz imkanlar ortaya çıxa bilər. Astroloq, həmçinin bu mərhələdə sağlamlığa da diqqət yetirməyi tövsiyə edir. Xüsusilə immun sistemi, yuxu rejimi və ümumi enerji səviyyəsində dəyişikliklər müşahidə oluna bilər.


Qlobal miqyasda isə yeni Ayın təsirləri daha çox gizli diplomatik danışıqlar, kəşfiyyat fəaliyyəti, xəstəxanalar və sosial yardım sahələri ilə bağlı mövzuların gündəmə gəlməsi ilə özünü göstərə bilər. Bundan başqa, su ehtiyatları, eləcə də neft və qaz bazarlarında dalğalanmaların baş verməsi ehtimalı da istisna edilmir.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ