Tezliklə səmada böyük ulduz görünəcək

Tezliklə səmada böyük ulduz görünəcək
Kateqoriya məlum deyil
T

Astronomlar “Comet MAPS (C/2026 A1)”adlı yeni kometin Günəşə sürətlə yaxınlaşdığını açıqlayıblar.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin hesablamalarına görə, səma cisminin 4 aprel tarixində Günəşə ən yaxın nöqtəsinə çatacağı gözlənilir. Bildirirlər ki, bu yaxınlaşma komet üçün olduqca təhlükəli ola bilər. Məlumata əsasən, komet Günəşə təxminən 160 min kilometr məsafəyə qədər yaxınlaşacaq. Bu qədər yaxın məsafədə Günəşin güclü cazibə qüvvəsi və həddindən artıq istiliyi kometin parçalanma ehtimalını ciddi şəkildə artırır. Bununla belə, alimlər hesab edirlər ki, komet bu təhlükəli keçiddən salamat çıxarsa, səmada Venera qədər parlaq görünə bilər.

 

Belə olacağı təqdirdə, onu hətta alaqaranlıqda çılpaq gözlə müşahidə etmək mümkün olacaq. Kometa ilk dəfə 13 yanvar tarixində Atakama səhrasında yerləşən “AMACS1” Rəsədxanası tərəfindən aşkar olunub. Kəşf olunduğu vaxt komet Göyərçin (Columba) bürcündə yerləşirdi və Günəşdən təxminən 308 milyon kilometr uzaqda idi. Həmin anda onun parlaqlığı olduqca zəif olub və təxminən 18 ulduz ölçüsü ilə qiymətləndirilib.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ