Logo

“Xamenei Geri Döndü” - Cizgi filmi çəkilib

"Xamenei Geri Döndü" - Cizgi filmi çəkilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ, İsrail və İran arasında baş verən 14 günlük müharibə ilə bağlı cizgi filmi çəkilib. “Xamenei Geri Döndü” adlı cizgi filmi siyasi gərginliklər, sui-qəsdlər və kütləvi raket hücumları ilə zəngin bir ssenari təqdim edir.

Sfera.az xəbər verir ki, filmin başlanğıcı ABŞ və İsrailin birgə həyata keçirdiyi əməliyyat nəticəsində İranın dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi ilə başlayır.

Bu, müharibənin ilk və ən dramatik anıdır. Həmçinin, əməliyyatın başa çatdığı barədə ABŞ Prezidenti Donald Trampa məlumat verən yüksək rütbəli generalın səhnəsi də diqqət çəkir.

Hekayənin əsas mərhələsi, Müctəba Xameneinin çıxışı ilə başlayır. Atasının ölümünün ardından o, genişmiqyaslı əks-hücum başlatmaq üçün əmr verir. “Xamenei Geri Döndü” cizgi filmində Müctəba Xameneinin atasının üzüyünü miras alaraq qisas almağa başlaması onun liderlikdəki gücünü və iradəsini simvollaşdırır.

Cizgi filmi yayımlandığı andan etibarən sosial mediada geniş maraq doğurub. Müharibə mövzulu bu əsər həm siyasi, həm də mədəni cəhətdən geniş müzakirələrə səbəb olub. Xüsusilə, cəsarətli və dramatik ssenarisi ilə diqqət çəkən film, müasir dünyadakı siyasi gərginliklərə və müharibələrə fərqli bir yanaşma təklif edir.

Mənsumə
Sfera.az

"Xamenei Geri Döndü" - Cizgi filmi çəkilib

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR