Bir səhər mavi rəngə boyandı

Səhər oyanıb güzgüdə özünü tanımamaq necə hissdir? İngiltərədə yaşayan Tommi Linçin də başına məhz belə bir hadisə gəlib. 42 yaşlı kişi iki gecə yuyulmamış tünd göy rəngli çarşaflarda yatdıqdan sonra tamamilə mavi rəngdə yuxudan oyanıb. Həkimlər əvvəlcə bunun ciddi bir sağlamlıq problemi olduğunu düşünsələr də, həqiqət üzə çıxdıqda xəstəxana otağında gülüş qopub.
Sfera.az bildirir ki, gülməli hadisə İngiltərənin Derbişir şəhərində baş verib. Bir səhər yuxudan oyananda "Avatar"a oxşadığını görən 42 yaşlı tikinti işçisi Tommi Linç xəstəxanaya qaçıb.
Belə ki, iki gecə ardıcıl tünd göy rəngli çarşaflarda yatdıqdan sonra oyanan Tommi bədəninin tamamilə mavi rəngə çevrildiyini görüb. Daha sonra həmin vaxt güzgüdə gördüyü görüntünü "sanki Avatar filmindən çıxmışam" kimi təsvir edir.
Üstəlik, dəyişən təkcə onun rəngi deyildi. Tommi həmin səhər özünü çox yorğun hiss edirdi. Qapısını döyən dostu Del onu görəndə şoka düşüb. Əvvəllər baxıcı kimi çalışan Del rəng dəyişikliyinin ciddi bir sağlamlıq problemi ola biləcəyini düşünüb və dərhal xəstəxanaya getməli olduqlarını bildirib.
Xəstəxanada oksigen verilib, həkimlər ciddi xəstəlik ehtimalını araşdırmağa başlayıblar.
Təcili yardım şöbəsinə aparılan Tommi gələn kimi həkimlərin diqqətini çəkib. İşçilər tez bir zamanda onun ətrafına toplaşıb və kişiyə oksigen dəstəyi verilib. Həkimlər qan dövranı problemləri, oksigen çatışmazlığı və ya nadir xəstəliklərin ehtimalını qiymətləndirməyə başlayıblar.
Qan almağa hazırlaşan həkimlərdən biri prosedurdan əvvəl onun qolunu spirtlə silmək istəyib. Elə bu anda gözlənilməz bir hadisə baş verib. İstifadə edilən pambıq çubuq dərhal mavi rəngə çevrilib. Tommiyə hər şey o anda aydın olub.
Ona bir dostu hədiyyə olaraq tünd göy rəngli çarşaflar verib. Soyuq gecələrdə daha isti yatmasına kömək etmək üçün verilən bu çarşaflar birbaşa çarpayının üstünə qoyulub. Lakin tekstil məhsullarında çox rast gəlinən boya qalığı səbəbindən rəng bədəninə çöküb.
Xəstəxanadakı həkimlər hadisənin əsl səbəbini öyrənəndə gülməyə başlayıblar. Tommi:
"Hamı mənə ruh görmüş kimi baxırdı. Qəbul otağına gedib “Salam, yuxudan göyərmiş oyandım” demək həyatımın ən qəribə anı idi,"-deyə yaşadığı təcrübəni təsvir edir. Bədənindəki mavi rəngin tamamilə yox olması isə təxminən bir həftə çəkib.
Aynil
