Bu tarixdən sonra maliyyə probleminiz aradan qalxacaq və... - ASTROLOQDAN PROQNOZ

Məşhur astroloq Dinçer Güner 10 noyabrdan bəri davam edən Yupiter geriləməsinin 12 mart 2026-cı il tarixindən etibarən sona çatacağını açıqlayıb. Bu tarixdən sonra 12 bürc üçün həm maliyyə, həm də şəxsi həyat sahəsində rahatlama və irəliyə doğru addımların gələcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, bu dövr ərzində hər bürcün həyatında önəmli dəyişikliklər və daxili yenidənqurma prosesi baş verib. Son aylarda nə dəyişdi? Geriləmə dövründə bir çox insan öz həyatına dair çətin, lakin zəruri suallarla üzləşib: “Mənə həqiqətən nə lazımdır?”, “Məni kim, harada evimdəki kimi hiss etdirir?” və “Keçmişdən gələn köhnə yaralarım hələ də qərarlarıma təsir edir?”
Astroloq Dinçer Güner bildirib ki, bu müddət daxili dünyamızda coşğun sağalma və yenidənqurma dövrü olub. Uşaqlıq xatirələri, ailə münasibətləri və xüsusilə analarımızla əlaqələr tez-tez gündəmə gəlib. Bir çox insan iç dünyasına dönərək terapiya, meditasiya və ya sadəcə sakit düşüncə yolu ilə daxili balansını bərpa etməyə çalışıb. Maliyyə və daşınmaz əmlakda gecikmələr başa çatır Yupiter geriləməsi dövründə maliyyə və daşınmaz əmlak sahəsində gecikmələr müşahidə olunub. Riskli investisiyalardan çəkinilmiş, ev, torpaq və qızıl kimi təhlükəsiz sığınacaqlara üstünlük verilib.
Dinçer Günerin sözlərinə görə, 12 martdan sonra bu gecikmələr sona çatacaq və maliyyə axını sürətlənəcək. Münasibətlərdə etibar ön planda Bu dövrdə romantik münasibətlərdə yeni addımlar atmaq əvəzinə, insanlar özünü təhlükəsiz və rahat hiss etdikləri əlaqələrə diqqət yetiriblər. “Bu insan mənə evdəki kimi rahatlıq verirmi?” sualı bir çox bürc üçün prioritet olub.
Sağlamlıq və emosional balans
Fiziki və emosional sahədə də özünə diqqət vacib olub. Mədəyə və stressə diqqət, köhnə ailə problemlərinin yenidən gündəmə gəlməsi, emosional yüklərin aradan qaldırılması bu dövrün əsas mövzularından olub.
Bürclərə ümumi proqnoz
12 martdan sonra Yupiter geriləməsi tamamilə sona çatacaq, maliyyə axını bərpa olunacaq, daşınmaz əmlak əməliyyatları sürətlənəcək və ailə layihələri, toy hazırlıqları, şəxsi münasibətlər sahəsində yeniliklər gözlənilir. Astroloq Dinçer Günerin sözlərinə görə, bu, hər bürc üçün həyatında yeni fürsətlər, maliyyə rahatlığı və emosional yenilənmə dövrünün başlanğıcıdır.
Mənsumə
Sfera.az
