"Harry Potter"in çəkilişində dava

2027-ci ildə "HBO Max"da yayımlanması planlaşdırılan "Harry Potter" serialının çəkiliş meydançasında gərgin anlar yaşanıb.
Sfera.az xəbər verir ki, iddialara görə, çəkiliş zamanı 12 yaşlı epizodik rollarda oynayan aktyorlar arasında dava düşüb.
Çəkilişdə gərginlik
Britaniya mediası bildirir ki, serialın çəkilişləri zamanı bəzi zorakılıq hadisələri baş verib. “The Sun” qəzetinin məlumatına görə, epizodik rollarda oynayan aktyorlar arasında şifahi mübahisələr və bəzi hallarda fiziki qarşıdurmalar olub.
İddialara görə, təkcə gənc aktyorlar deyil, çəkiliş heyətindən bəzi yetkinlər də mübahisələrdə iştirak edib. Xüsusilə bir hadisədə iki 12 yaşlı epizodik rollarda oynayan aktyor arasında mübahisə çəkilişdən sonra əsl davaya çevrilib. Hadisədən əvvəl uşaqlardan biri digərini hədələyərək hesabı çəkiliş bitdikdən sonra həll edəcəklərini deyib.
"HBO Max" üçün yeni "Harry Potter" serialı
"Warner Bros" tərəfindən HBO üçün istehsal olunan serial J.K. Roulinqin bütün kitablarını televiziya ekranına uyğunlaşdırmağı hədəfləyir. Layihənin 8 il davam etməsi planlaşdırılır və ilk seriyaların 2027-ci ildə yayımlanması gözlənilir.
Çəkilişlər İngiltərənin Uotford yaxınlığındakı Leavesden studiyalarında aparılır. Burada məktəb və səhiyyə mərkəzi kimi müxtəlif binalardan ibarət kiçik bir şəhər inşa edilib.
Mənsumə
Sfera.az
