Rəqs edərkən omba implantı düşdü - FOTOLAR

Rep dünyasında ən məşhur adlardan biri olan Kardi B bu dəfə səhnə performansı ilə xəbər başlıqlarına çıxıb. Kosmetik əməliyyatları ilə tez-tez müzakirə mövzusu olan məşhur reperin konsert zamanı rəqs edərkən omba implantlarını göstərdiyi iddia edilən görüntülər sosial mediada yayılıb.
Sfera.az bildirir ki, rep dünyasının ən diqqət çəkənlərindən Kardi B enerjili səhnə performansları, cəsarətli üslubu və hit mahnıları ilə illərdir pop musiqisinin ən populyar simalarından biri olub.
"Bodak Yellow", "WAP", "I Like It" və "Up" kimi mahnıları ilə dünya miqyasında uğur qazanan Kardi B, təkcə musiqi siyahılarındakı deyil, həm də sosial mediadakı təsirinə görə tez-tez xəbər başlıqlarına çıxır.
Nyu-Yorkun Bronks bölgəsindən qlobal ulduza çevrilən Kardi B, Hollivud və pop mədəniyyətinin ən rəngarəng personajlarından biri hesab olunur. Karyerasının əvvəlindən bəri açıqlamaları, səhnə şouları və cəsarətli tərzi ilə daim müzakirə mövzusu olan məşhur reperin illər ərzindəki transformasiyası da insanları heyrətləndirib.
Xüsusilə də üzündəki dəyişikliklər uzun müddətdir müzakirə mövzusu olub və Kardi B dəfələrlə açıq şəkildə kosmetik prosedurlar keçirdiyini gizlətməyib. Dodaq dolğuları, üz cizgilərini vurğulamaq üçün prosedurlar və müxtəlif kosmetik toxunuşlar məşhur ulduzun illər ərzindəki transformasiyasının ən çox müzarkirə edilən detallar arasındadır.
Əlbəttə ki, Kardi B-nin kosmetik səyahəti yalnız üzündəki dəyişikliklərlə məhdudlaşmayıb.
Məşhur reper illərdir ki, xüsusən də bədən estetikası və omba implantları səbəbindən ən çox gündəm olanlaran biridir. Əslində, Kardi B bir neçə ay əvvəl ombasının ölçüsünü kiçiltmək qərarına gəldiyini və bu səbəbdən kifayət qədər ciddi bir əməliyyat keçirdiyini açıqlamışdı. Məşhur reper bəzi dolğularının çıxarıldığını və bu qərarı sağlamlıq səbəbləri ilə verdiyini bildirmişdi.
Lakin əməliyyat xəbərlərindən sonra ortaya çıxan görüntülər sosial mediada yenidən müzakirələrə səbəb olub. Kardi B-nin səhnə çıxışlarından paylaşılan görüntülərə şərh yazan və onun ombasının o qədər də kiçik görünmədiyini deyən istifadəçilər reperin estetik səyahətini yenidən diqqət mərkəzinə gətiriblər.
Kardi B-nin doldurucularının əridiyini və ombasının kiçildildiyini iddia etdikdən sonra son görünüşü:
İddialara görə, Kardi B-nin rəqs tamaşası zamanı və xoreoqrafiya ifa edərkən omba implantlarının hərəkət etdiyi anlar kameraya düşüb. Tez bir zamanda viral hala gələn görüntülər sosial mediada minlərlə dəfə paylaşılıb.
Aynil


