Bu bürclərin sevgidə bəxti gətirmir - ADLAR

Bu bürclərin sevgidə bəxti gətirmir - ADLAR
Kateqoriya məlum deyil
T

Bəzi bürc nümayəndələrinin sevgi münasibətlərində digərlərinə nisbətən daha çox çətinlik yaşadığını göstərir. Astroloqlar bunu əsasən həmin bürclərin xarakter xüsusiyyətləri, münasibətlərə yanaşma tərzi və emosiyalarını ifadə etmə forması ilə əlaqələndirirlər.

 

Sfera.az bu bürcləri təqdim edir:

 

Qız

 

Bu bürcün nümayəndələri münasibətlərdə çox tələbkar və mükəmməlçi olduqları üçün tez-tez problemlərlə üzləşirlər. Onların hər detalı analiz etməsi və tənqidi yanaşması bəzən partnyorla münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

 

Oğlaq

 

Oğlaq bürcü isə ciddi və məsuliyyətli xarakteri ilə seçilir. Bu bürcün nümayəndələri emosiyalarını açıq şəkildə ifadə etməkdə çətinlik çəkir. Bu xüsusiyyət isə münasibətlərdə onların soyuq və uzaq görünməsinə səbəb ola bilir.

 

Əqrəb

 

Ehtiraslı və güclü emosiyalara sahib olsalar da, qısqanclıq və nəzarət etmək istəyi münasibətlərdə gərginlik yaradırlar. Bu səbəbdən onların sevgi həyatında tez-tez dramatik situasiyalar yaşadığı qeyd olunur.

 

Dolça

 

Bu bürcün nümayəndələri isə azadlıqsevər və müstəqil xarakterləri ilə tanınır. Onların emosional məsafə saxlamağa meyilli olması münasibətlərdə romantik bağlılığın zəifləməsinə səbəb ola bilər.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ