"iPhone 17"nin test nəticələri açıqlandı

“Apple” şirkətinin yeni münasib qiymətli smartfonu “iPhone 17" modelinin ilk test testlərinin nəticələri açıqlanıb.
Sfera.az xəbər verir ki, “Geekbench 6” məlumat bazasında yayılan nəticələr cihazın prosessor gücünün standart modellə demək olar ki, eyni olduğunu, lakin qrafik prosessorunda kiçik fərqin olduğunu göstərib. Məlumata görə, “iPhone 17e” çoxnüvəli CPU testində 9241 bal toplayıb. Bu nəticə “Apple iPhone 17” modelinin 9249 bal göstəricisinə çox yaxın hesab olunur.
Bu da yeni modelin prosessor baxımından yüksək performans təqdim etdiyini göstərib. Test nəticələrinə əsasən, əsas fərq qrafik prosessorunda (GPU) ortaya çıxıb. Belə ki, standart “iPhone 17” modelində 5 nüvəli qrafik prosessor istifadə edildiyi halda, “iPhone 17e” modelində 4 nüvəli GPU yer alıb. Bu isə cihazın qrafik performansında kiçik məhdudiyyətin olduğunu göstərir.
Yeni model “MagSafe” simsiz enerji doldurma texnologiyasını dəstəkləyir və daha sürətli 5G bağlantısı üçün C1X modem ilə təchiz olunub. Bundan əlavə, cihazın əsas yaddaş tutumunun 256 GB olduğu bildirilib.
Dizayn baxımından əvvəlki nəsil ilə oxşar xətti qoruyan “iPhone 17e” modelinin 11 mart tarixində rəsmi satışa çıxarılacağı gözlənilir. Smartfonun qiymətinin isə 54999 TL (2120.88 AZN) olacağı qeyd olunub.
Bəsti Rəfizadə
Sfera.az
