Cəngəlliyin ortasındakı şəhər: Dünyanın ən böyük yol­suz yaşayış məntəqəsi

Cəngəlliyin ortasındakı şəhər: Dünyanın ən böyük yol­suz yaşayış məntəqəsi
Kateqoriya məlum deyil
T

Perunun Amazon cəngəlliyində yerləşən İquitos şəhəri dünyanın ən təcrid olunmuş böyük şəhərlərindən biri hesab olunur. Buraya heç bir quru yolu yoxdur – şəhərə yalnız hava və çay nəqliyyatı ilə çatmaq mümkündür.

 


Sfera.az bildirir ki, amerikalı səyyah Sem Sears İquitosa səfəri zamanı təəssüratlarını “Instagram” hesabında paylaşıb. Yarım milyondan çox əhalisi olan şəhərdə həyat yol bağlantısının olmamasına baxmayaraq fəaldır. Burada adi avtomobillər əvəzinə əsas nəqliyyat vasitəsi kimi “tuk-tuk”lardan istifadə olunur.

 


Şəhər daxilində gediş-gəliş orta hesabla 1,5 dollara başa gəlir. Turistlərin ən çox üz tutduğu məkan Plaza de Armas meydanıdır. Sahil zonası və əsas restoranlara piyada getmək mümkündür. Səyyah şəhərin kontrastlı mənzərəyə malik olduğunu – rahat məkanlarla kasıb məhəllələrin yanaşı yerləşdiyini qeyd edir.

 


Ən rəngarəng, eyni zamanda təhlükəli ərazilərdən biri Belen rayonudur. Sem Sears bu bölgəyə yalnız yerli bələdçi ilə getməyi tövsiyə edir. O, həmçinin İquitosda kartla ödənişin nadir hallarda mümkün olduğunu, nağd pulun vacib olduğunu bildirir.

 


Səyyah turistlərə mərkəzə yaxın otelləri seçməyi və pul tələb edən küçə bələdçilərindən uzaq durmağı məsləhət görür. Bundan əlavə, bəzi yerli qəbilələrə təşkil olunan “turist şouları”nın fırıldaq xarakteri daşıya biləcəyi barədə xəbərdarlıq edir.

 


İquitosa ən rahat yol Limadan təxminən 1,5 saatlıq uçuşdur. Alternativ olaraq, macəra sevərlər Amazon çayı ilə uzunmüddətli qayıq marşrutlarını da seçə bilərlər.

 

Aynil

Sfera.az

PAYLAŞ