Yeni ailə quranlara 19 min manat veriləcək

10:14 / 13.01.2026
1976
Türkiyədə ailə qurmağa hazırlaşan ehtiyaclı gənclər üçün yeni maddi dəstək proqramı həyata keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Diyanət İşləri İdarəsi açıqlama verib. Qurumun məlumatında bildirilib ki, maliyyə yardımından yararlanmaq istəyən 18-35 yaş aralığında olan gənclər müvafiq dövlət orqanına müraciət etməlidirlər.
Qaydalarına əsasən, dəstək alacaq şəxslərin aylıq gəliri minimum əməkhaqqı səviyyəsindən yüksək olmamalıdır. Şərtlərə uyğun gələn gənclərə veriləcək yardımın məbləği 500 min lirə təşkil edir ki, bu da təxminən 19 min manata bərabərdir.
Qeyd edək ki, bu təşəbbüs gənclərin ailə qurmasını asanlaşdırmaq və sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyır.


































