Krakov ən təmiz şəhərdir

Krakov ən təmiz şəhərdir
Kateqoriya məlum deyil
T

Polşanın ikinci ən böyük şəhəri olan Krakov dünyanın ən təmiz şəhəri seçilib.

 

Sfera.az xəbər verir ki, “Radical Storage” şirkətinin araşdırması bu nəticəni ortaya çıxarıb.  

 

Krakovun təmizliyi ilə bağlı turist rəylərinin 98.5 faizi müsbətdir. Reytinqdə ikinci yeri 98 faiz müsbət rəylə BƏƏ-nin Şarja əmirliyi tutub. Ən təmiz şəhərlər arasında isə ilk üçlüyü bağlayan 97.9 faizlə Sinqapurdur.

 

İlk 10-luğa həmçinin Varşava (Polşa, 97.8%), Doha (Qətər, 97.4%), Ər-Riyad (Səudiyyə Ərəbistanı , 96.9%), Praqa  (Çexiya, 96.4%), Maskat (Oman, 96.4%), Dubay (BƏƏ, 96.3%), Fukuoka (Yaponiya, 96.3%) daxil olub.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ