Yeni il bayramını ən çox bu ölkələrdə keçirmək istəyirlər - ADLAR

2024-2025-ci illər Yeni il mövsümü üçün ən çox seçilən səyahət istiqamətləri müəyyənləşib. Araşdırmalara görə, bayram günlərində həm isti iqlimli, həm də qış atmosferi təklif edən ölkələrə böyük tələb yaranıb.
Sfera.az xəbər verir ki, dünyanın aparıcı turizm platformalarının açıqladığı son məlumatlara əsasən, Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə də Dubay, Yeni il qeyd etmələri və möhtəşəm şouları ilə liderliyini qoruyur. Statistikaya görə, bu dövrdə Rusiyadan, Avropadan və Asiyadan olan turist axını əhəmiyyətli dərəcədə artır. Yeni il tətillərində Tailand, Misir, Vyetnam və İndoneziya (xüsusilə Bali) kimi tropik istiqamətlər də yüksək tələbatla seçilir. Səbəb kimi isti hava, münasib qiymətlər və bayram atmosferi göstərilir. Araşdırmada həmçinin Türkiyənin də bayram mövsümündə populyar istiqamətlər arasında yer aldığı bildirilir. Ölkəyə həm Avropa, həm də Asiya regionundan turist axını davam edir.
Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, qış turizmi sevənlər üçün Rusiya Yeni il dövründə ən çox tələbat olan istiqamətlərdən birinə çevrilib. Turizm portallarının məlumatına görə, 2024-2025-ci illər üçün Rusiyada Yeni il paketlərinə maraq əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artıb. Qlobal statistika göstərir ki, ümumi turizm həcmi baxımından da Fransa, İspaniya, ABŞ, Çin və İtaliya 2024-cü ilin ən çox turist qəbul edən ölkələri olub. Bu göstəricilər bayram mövsümündə də marağın yüksək qalmasına təsir edir.
Fidan Hacızadə
Sfera.az
