Evdə sirrli otaq aşkarlandı: Cütlük üçün həyat dəyişdi

Rod-Aylenddə (ABŞ) tarixi bir malikanəyə köçən Lori Düma və onun həyat yoldaşı Ceffə sakit yeni bir həyata başlamışdı. Cütlüyün köçdüyü iki mərtəbəli ev 19-cu əsrə aid olub. Onlar vitraj pəncərələr, geniş bağın cazibəsinə valeh olmuşdular. Lakin tezliklə evdə qaranlıq keçmişi olan gizli bir otağı aşkar etdikcə romantika soyumağa başlayıb.
Sfera.az bildirir ki, yeni evə köçən cütlük çardağı musiqi studiyasına çevirməyi planlaşdırıb. Lakin, əşyalarını açarkən çardağa bağlı gizli bir otaq görüblər. Otaq qəribə görünürdü: qapı yalnız çöldən bağlanırdı, döşəmə metal idi və küncdə ayrıca bir drenaj var idi.
Tozun arasında sirli bir uşaq oyuncağı - üzərində F hərfi olan taxta blok olub. Lori dərhal təşvişə düşdüyünü bildirib.
"Təmizləməyə başlayanda döşəmənin metal olduğunu anladıq. Bir tərəfində adi bir tutacaq, digər tərəfində isə bir deşik var idi. İçəridəki şəxs təkbaşına çıxa bilməzdi"- deyə o qeyd edib.
Cavablar gözlənilmədən gəlib. Yerli sakinlərdən "Sizin məyusluq otağınız var" dediyini eşidiblər.
Belə ki, bu, bəzən 19-cu və 20-ci əsrin əvvəllərində varlı ailələrin ictimai qınaqdan qorxaraq ciddi xəstəlikləri və ya əlilliyi olan uşaqları gizlicə saxladıqları əraziyə verilən ad idi.
Arxivləri araşdırarkən Lori 19-cu əsrin sonlarında ərazidə Karpenter adlı bir hakimin yaşadığını öyrənib. Onun adı qəzetlərdə tez-tez xatırlanırdı, lakin uşaqlarından biri haqqında demək olar ki, heç nə yox idi.
Kitabxananın məlumat bazasında tapılan məzar daşında belə yazılıb: "Rut, 1895-1900, Cob və Fransesin qızı".
"Onun doğumundan heç bir qeyd yox idi. Həyatından heç bir söz yox idi. Yalnız ölüm tarixi. Ailənin qalan hissəsi haqqında hər şey var idi, amma o, yoxa çıxmış kimi görünürdü"-deyə qadın bildirir.
Cütlük qızın ağır xəstə ola biləcəyindən şübhələnir və atası onun siyasi karyerasına mane olmamaq üçün qızının varlığını gizlədib.
Lori və Ceff gizli otağı tamamilə təmir etmək əvəzinə, onun tarixini qorumağa qərar veriblər. Balaca Rutun xatirəsini yad etmək üçün otağa kuklalar və oyuncaqlar qoyublar. Lorinin sözlərinə görə, balaca qızcığaz, artıq ailələrinin bir hissəsidir.
Paylaşım müəllifləri hər kəsi o qədər təsirləndirib ki, bu hadisə 2016-cı ildə çəkilmiş "Xəyal qırıqlığı otağı" filminə ilham verib.
Aynil




