Kişi ölən anasının yerinə keçdi: DƏHŞƏTLİ OLAY

Kişi ölən anasının yerinə keçdi: DƏHŞƏTLİ OLAY
Kateqoriya məlum deyil
T

2022-ci ildə Mantua yaxınlığındakı Borgo Virgilioda 82 yaşında vəfat edən Qraziella Dall'Oglionun oğlu anasının şəxsiyyət vəsiqəsini yeniləməyə onun paltarını geyinib, saç düzümünü təkrarlamaq üçün parik taxıb və makiyaj edib. Lakin, onun başının, qollarının və çənəsinin arxasındakı tünd saçlar sosial xidmət işçisinin diqqətini çəkib.


Sfera.az bildirir ki, sosial xidmətlər şübhələndikdən sonra 57 yaşlı kişi Şimali İtaliyada həbs edilib.

 

Müştəri gedəndə işçi səlahiyyətlilərə məlumat verib və polis Qraziella Dall'Oglio olduğunu iddia edən kişini bələdiyyəyə çağırıblar.

 

Müşahirə kameraları kişinin ofisə gəldiyini, dayanacaqda qadın qiyafəsində gizləndiyini və binaya girdiyini aşkar edib. Ölən qadının sürücülük vəsiqəsi olmayıb. 

 

Polis əməkdaşları artıq onu içəridə gözləyirdilər. Polis onunla birlikdə yaşlı qadının yaşadığı ünvana gedib və onun mumiyalanmış cəsədini camaşırxana şkafında, yataq torbalarına bükülmüş şəkildə aşkar ediblər.

 

Keçmiş tibb qardaşı və hazırda işsiz olan oğlu anasının pensiyasını almağa davam etmək üçün şəxsiyyət vəsiqəsini yeniləmək istəyib. Buna görə də, o, anasının ölümünü səlahiyyətlilərdən gizlədib. Polis sözçüsü bildirib ki, o, hazırda cəsədi gizlətmək, dövlət fırıldaqçılığı, şəxsiyyəti təqlid etmək və rəsmi sənədi saxtalaşdırmaqda ittiham olunur.

 

Prokurorlar ölüm səbəbini müəyyən etmək üçün anasının yarılma nəticələrini gözləyərkən kişi yerli həbsxanada qalır.

 

Qeyd edək ki, İtaliyada dövlət pensiya fırıldaqçılığı geniş yayılıb. İtaliya Maliyyə Cinayətləri Polisinin (Guardia di Finanza) məlumatına görə, hər il onlarla insan pensiyalarını almaq üçün ölü insanı sağ təqdim etdiklərinə görə həbs olunur.

 

Ölkənin ölüm reyestrlərindən və dövlət qurumlarından məlumatlar həmişə sinxronlaşdırılmadığı üçün ölüm bildirişlərinin göndərilməsi illər çəkə bilər, yəni pensiya çekləri onları göndərən yerli pensiya idarəsinə kimsə məlumat verənə qədər göndərilməyə davam edir.

 

Aynil

PAYLAŞ