Ən sürətli internetə sahib olan ölkələr - SİYAHI

Ən sürətli internetə sahib olan ölkələr - SİYAHI
Kateqoriya məlum deyil
T

Müasir dövrdə internetin sürəti ölkələrin rəqəmsal inkişaf səviyyəsini ölçən əsas parametrlərdən birinə çevrilib. Xüsusilə də texnologiyanın sürətli dəyişməsi, onlayn xidmətlərə tələbatın artması və 5G şəbəkələrinin genişlənməsi ölkələr arasında rəqamsal fərqləri daha da aydın göstərir. 


Sfera.az bu araşdırmada qlobal internet sürətləri ilə bağlı son məlumatları təhlil edərək həm dünya üzrə vəziyyəti, həm də Azərbaycanın mövqeyini qiymətləndirib. 


Sabit genişzolaqlı internet üzrə dünya liderliyini yenidən Sinqapur qoruyub. Ölkənin 386.96 Mbit/s-lik orta sürəti infrastrukturun nə qədər mükəmməl səviyyədə qurulduğunu göstərir. Araşdırma onu göstərir ki, ilk onluqda yer alan ölkələrin hamısında fiber-optik şəbəkələr geniş tətbiq olunur, rəqəmsal xidmətlərə dövlət dəstəyi var və texnologiya sektoru prioritet sahə hesab edilib:


1.Sinqapur – 386.96 Mbit/s
2.Çili – 332.41 Mbit/s
3.Honq Konq – 324.97 Mbit/s
4.BƏƏ – 318.42 Mbit/s
5.Fransa – 310.66 Mbit/s
6.İslandiya – 297.50 Mbit/s
7.Cənubi Koreya – 288.54 Mbit/s
8.İsveçrə – 287.44 Mbit/s
9.ABŞ – 279.93 Mbit/s
10.Çin – 274.16 Mbit/s


Bu ölkələrin ortaq cəhəti rəqəmsal infrastrukturun müasir tələblərə uyğun qurulması və dövlət-özəl sektor əməkdaşlığının effektiv olmasıdır.


Azərbaycan isə sabit internet üzrə 82.58 Mbit/s sürət göstərərək 81-ci yerdə qərarlaşıb. Araşdırmanın nəticələri göstərir ki, Azərbaycanda son illərdə müəyyən yaxşılaşmalar olsa da, genişzolaqlı internetin sürəti və keyfiyyəti qlobal standartlarla müqayisədə aşağıdır. Xüsusilə regionlarda internetin bərabər inkişaf etməməsi statistikaya birbaşa təsir edir.

 

Mobil internet üzrə nəticələr daha diqqət çəkəndir. Araşdırmalara əsasən, bu kateqoriyada liderlik yenidən Körfəz ölkələrinin əlindədir. 5G şəbəkələrinin geniş tətbiqi onların dünyada mobil internet üzrə açıq üstünlüyünü formalaşdırıb.

 

Ən yüksək mobil internet sürətinə sahib ölkələr bunlardır:


Birləşmiş Ərəb Əmirlikləri – 584.97 Mbit/s
Qətər – 507.47 Mbit/s
Küveyt – 413.57 Mbit/sBraziliya – 235.25 Mbit/s
Bəhreyn – 233.22 Mbit/s

 

Azərbaycan mobil internet üzrə 74.76 Mbit/s nəticə ilə 56-cı yerdə qərarlaşıb. 

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR