ŞOK HADİSƏ: Fərqli atalardan əkizlər doğuldu

ŞOK HADİSƏ: Fərqli atalardan əkizlər doğuldu
Kateqoriya məlum deyil
T

Tibb dünyası bəzən inanılmaz dərəcədə nadir hadisələrə şahid ola bilər. 

 

Sfera.az bildirir ki, Braziliyada 19 yaşlı bir qadın, elm adamlarının milyonda bir olduğunu təxmin etdiyi "heteropaternal superfekundasiya" adlanan bir fenomeni bir daha ön plana çıxarıb.

 

Mineiros şəhərində yaşayan gənc qadın, hamilə qaldığı gün partnyorundan əlavə başqa bir kişi ilə də cinsi əlaqədə olub.

 

Doğuşdan səkkiz ay sonra 19 yaşlı qadının körpələrinin bioloji atalığı ilə bağlı şübhələr yaranmağa başlayıb və buna görə də partnyorlarından biri ilə atalıq testi edib. Test nəticəsi hər kəsi təəccübləndirib. Belə ki, nəticə kişinin əkizlərdən yalnız birinin bioloji atası olduğunu ortaya qoyyn. Körpələrin heyrətamiz oxşarlığına baxmayaraq, gənc ana da belə bir nəticəni görüb təəccüblənib.

 

Eyni anadan, lakin fərqli atalardan doğulan əkizlər olduqca nadirdir, lakin qeyri-mümkün də deyil.

 

Bu vəziyyət tibbi olaraq Heteropaternal Superfekundasiya kimi tanınır. Bu, qadının eyni dövrdə qoyduğu iki fərqli yumurtanın fərqli vaxtlarda və fərqli cinsi əlaqə zamanı fərqli kişilərdən sperma ilə ayrı-ayrılıqda mayalanması zamanı baş verir. Körpələr ananın uterusunda böyüyür, lakin fərqli plasentaları paylaşırlar. Bəzi tədqiqatçılar dünyada yalnız 400-ə yaxın belə halın sənədləşdirildiyini göstərirlər.

 

Hetero-atalıq superfekundasiya halları olduqca nadir olsa da, bəzi elm adamları bunun gözləniləndən daha çox rast gəlinə biləcəyinə inanırlar.

 

Bu, əsasən, bu fenomenin fərqli irqlərdən doğulan əkizlər arasında olduğu kimi aydın fiziki ayrılıq olmadığı təqdirdə aşkar edilməməsi ilə bağlıdır.

 

Oxşar hal 2015-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında uşaq dəstəyi işində də ortaya çıxmışdır. Bir çox hallarda əkizlər üzərində atalıq testi aparmaq üçün heç bir konkret səbəb olmur. Əkizlərin çox vaxt fiziki cəhətdən çox oxşar olması potensial halları gizlədir və bu fenomenin əsl tezliyinin tam başa düşülməsinə mane olur. Bu vəziyyət biologiyanın mürəkkəbliyini və nadir hadisələrin təəccüblü aspektlərini vurğulayır.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR