İki bacının ölümü ilə tarixə çevrilən GÜN

25 noyabr dünyada Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
Sfera.az xəbər verir ki, bu tarixi qeyd etməkdə məqsəd bütün ölkələrdə qadınlara qarşı fiziki, psixoloji, seksual və iqtisadi zorakılığa diqqət çəkmək, problemin aradan qaldırılması üçün mübarizə mexanizmlərini gücləndirmək məqsədi daşıyır.
Günün tarixi 1960-cı ildə Dominikan Respublikasında diktatura rejiminə qarşı mübarizə aparan Mirabal bacılarının - Patria, Minerva və Maria Tereza Mirabalın qətlinə bağlıdır. Bacıların qəddarlıqla öldürülməsi qadın hüquqları uğrunda mübarizənin simvoluna çevrilib. 1999-cu ildə BMT Baş Assambleyası 25 noyabrı rəsmən Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü kimi elan edib.
Hazırda dünya miqyasında müxtəlif ölkələrdə maarifləndirici aksiyalar, konfranslar və sosial kampaniyalar keçirilir. Tədbirlərin məqsədi qadınlara qarşı zorakılığın yayılma riskinə diqqət yönəltmək, cəmiyyətdə məsuliyyəti artırmaq və zorakılıq qurbanlarının müdafiəsini gücləndirməkdir.
Qadınlara qarşı zorakılıq təkcə sosial problem deyil, həm də insanların təhlükəsizliyinə, psixoloji rifahına və cəmiyyətin inkişafına təsir edən qlobal çağırışdır. Bu gün zorakılığın görünməz qalmasının qarşısını almaq və gender bərabərliyini təşviq etmək üçün mühüm tarixi gün hesab olunur.
Fidan Hacızadə
Sfera.az






