Papa Qriqorinin pişik nifrəti - FOTOLAR

XIV əsrdə IX Qriqori adlı bir papa, bu gün də mövcud olan pişiklərlə əlaqəli xurafatların ortaya çıxmasında böyük rol oynamışdır. Bir neçə il ərzində Papa Asiya və Avropada yaşayan milyonlarla pişiyin və insanın həyatını məhv edib.
Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
Bəşəriyyət tarixindəki ən böyük xəstəlik fəlakətlərindən biri olan "Qara Ölüm" kimi də tanınan vəbanın səbəbi ilə bağlı əslində bir çox nəzəriyyə mövcuddur. Bunlardan ən inandırıcılarından biri "Pişiklərin Qisası" adlandırdığımız nəzəriyyədir.
Əsrlər əvvəl Avropanı bürüyən və təxminən 75-200 milyon insanın ölümünə səbəb olan qarşısıalınmaz bir vəba xəstəliyi bürümüşdü.
Bu faciənin səbəbi IX Papa Qriqorinin pişiklərə olan nifrəti idi.
Bu dövrdə dərc edilmiş "Ramadakı Vox" kilsə sənədi qara pişiklərin şeytani simvolizmini ortaya qoyan ilk sənəd idi.
Xurafatçı Papa pişiklərin pis olduğunu bəyan etmişdi. O dövrdə Avropada şeyləri pis adlandırmaq və hər şeyi pis görmək çox məşhur idi.
Papa bölgədəki bütün pişiklərin, onlarla əməkdaşlıq edən cadugərlərin (yəni sahiblərinin) yandırılmasını əmr etdi. On minlərlə pişik qətlə yetirildi. Yalnız bir neçə aristokratın pişiyi sağ qaldı.
Lakin bu dəhşətli təmizləmə ritualından sonra günahsız heyvanların ölməsi və təbiətin ədaləti dərin bir dərs olacaqdı.
Krımdan İtaliyaya gedən bir gəminin anbarına qisas gəldi.Gəminin anbarından limana enən bir neçə siçovul Avropa küçələrində vəba mikrobları daşıyaraq gəzməyə başladı.
Bu siçovulları məhv edə biləcək və sonra mikroblarını insanlara ötürəcək bir pişik qalmamışdı.
Avropa əhalisinin təxminən üçdə biri olan 75 milyon insanın vəbadan ölümünün səbəbi sırf bu nifrət və cəhalətin nəticəsi idi.
Aynil






