Bu ölkə 2,5 milyon pişiyi məhv edəcək

Bu ölkə 2,5 milyon pişiyi məhv edəcək
Kateqoriya məlum deyil
T

Yeni Zelandiya hökuməti ekosistemə ciddi zərər verən vəhşi pişiklərin 2050-ci ilə qədər tamamilə aradan qaldırılacağını açıqlayıb. Təbiəti mühafizə naziri Tama Potaka, vəhşi pişiklərin gəlincik, dələ, siçan və opossum kimi növlərlə eyni kateqoriyada hədəf alınacağını bildirib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 2016-cı ildən bəri tətbiq olunan “Vəhşi Heyvanlardan Təmiz 2050” strategiyasına yeni növün əlavə olunması ilk dəfədir. Əvvəllər bəzi bölgələrdə nəzarət olunan pişiklər bundan sonra koordinasiyalı və genişmiqyaslı məhv proqramlarına tabe tutulacaq.

 

Tətbiq planının 2026-cı ilin martında açıqlanması gözlənilir.


Ölkədə təbii meşələrdə və adalarda 2,5 milyondan çox vəhşi pişiyin yaşadığı təxmin edilir. Quyruqları ilə birlikdə bir metrə çatan və 7 kiloqramadək çəkisi olan bu heyvanlar yerli növlərə ciddi ziyan vurub. Nazir Potaka Radio “New Zealand”a verdiyi açıqlamada deyib:

 

“Biyoçeşidliliyi artırmaq və təbii irsimizi qorumaq istəyiriksə, bu yırtıcıları aradan qaldırmalıyıq”.


Vəhşi pişiklərin siyahıya əlavə olunması uzun müddətli kampaniyanın nəticəsidir. Təbiəti Mühafizə Nazirliyi strategiyaya gələn geribildirimlərin 90%-nin pişiklərin nəzarət altına alınmasını dəstəklədiyini açıqlayıb. Ev pişikləri plan çərçivəsində yer almasa da, biyoçeşidlilik üçün təhlükə yaratdığı vurğulanır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR