Tarixin ən qısa müharibəsi: Cəmi 48 dəqiqə çəkib

Kateqoriya məlum deyil
T
Tarixdə qeydə alınmış ən qısa müharibə 1896-cı ilin 27 avqustunda Böyük Britaniya ilə Zənzibar arasında baş verib.
Sfera.az xəbər verir, cəmi 38 dəqiqə davam edən qarşıdurma Britaniyanın qələbəsi ilə başa çatıb.
Müharibənin səbəbi Zənzibar taxtına kimin çıxması ilə bağlı siyasi gərginlik idi. Britaniyanın dəstəkləmədiyi sultan taxta keçəndən sonra ultimatum göndərildi, lakin qəbul olunmadı. Nəticədə Britaniya donanması sarayı atəşə tutdu və Zənzibar dərhal təslim oldu.
Bu hadisə dünyanın ən qısa hərbi münaqişəsi kimi tarixə düşüb.
Niyaz Hacıyev
Sfera.az






