Beyin yuxuda daha aktiv çalışır - ARAŞDIRMA

Beyin yuxuda daha aktiv çalışır - ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

İnsan yuxuda olarkən beynin bəzi bölgələri oyaq vaxtla müqayisədə daha aktiv işləyə bilir. Xüsusilə REM (sürətli göz hərəkəti) fazasında beynin məlumat emalı, yaddaşın möhkəmlənməsi və emosiyaların işlənməsi prosesi intensivləşir.

 

Sfera.az xəbər verir ki, bu mərhələdə beyində həm elektrik aktivliyi yüksəlir, həm də xəyalların yaranması sürətlənir. Hətta bəzi hallarda beynin fəaliyyəti oyaq vəziyyətdən daha güclü olur.

 

Məhz bu səbəbdən insanlar yuxuda daha real və emosional obrazlarla qarşılaşır. Mütəxəssislər yuxu keyfiyyətinin psixoloji sağlamlıq üçün vacib olduğunu vurğulayır və REM (sürətli göz hərəkəti) fazasının pozulmasının yaddaş zəifliyi və stresslə əlaqəli ola biləcəyini bildirirlər.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR