İki kilidli qapı - Sosial media hesablarınızı belə qoruyun

İki kilidli qapı - Sosial media hesablarınızı belə qoruyun
Kateqoriya məlum deyil
T

Sosial mediada şəxsi məlumatların qorunması son illər ən aktual mövzulardan birinə çevrilib. İnternetdən geniş istifadə, onlayn platformalarda qeydiyyatın artması və insanların gündəlik həyatını sosial şəbəkələrdə paylaşması kibercinayətkarlar üçün yeni imkanlar yaradır. İstifadəçilərin məlumatsızlığı, zəif parollar, açıq profillər və şübhəli linklərə klikləmək kimi adi səhvlər şəxsi məlumatların ələ keçirilməsini son dərəcə asanlaşdırır. Bu isə şəxsi təhlükəsizlik baxımından ciddi risklər yaradır.


Mövzu ilə bağlı Sfera.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazım bildirib ki, tanımadığınız elektron poçtdan şübhəli məktublar, mesajlar gələrsə və yaxud da telefona "bu linkə daxil olun" kimi mesajlar gələrsə, bunu etməməliyik.

 

Onun sözlərinə görə, bunu etdikdə, şəxsi məlumatları ələ keçirirlər. 


Mütəxəssisin fikrincə, bu kimi halların qarşısını almaq üçün ikifaktorlu yoxlama sistemi tətbiq olunmalıdır:


“Bu, artıq bütün mesencerlərdə mövcuddur. Bu qapıya iki kilidin vurulmasını xatırladır. Bununla da təhlükəsizliyi təmin etmək mümkündür”. 

 

 

F.Kazım vurğuladı ki, elektron poçt parollarını möhkəmləndirmək lazımdır:


“Elektron poçtlarınızı qorumalısınız. Adətən çox istifadə edilmədiyi üçün parolu unudulur. Bəzən də çox asan parol qoyulur. Həmin elektron poçt bütün sosial şəbəkələrin açarıdır. İdentifikasiya məsələləri kimi proseslər elektron poçtlar üzərindən gedir. Asan parolu olan poçtu sındırdıqda, kiberdələduzlar bütün sosial şəbəkələrə asanlıqla çıxış əldə edirlər. Sizin tanışlardan hər hansısa bir link, məlumat gələ bilər. Elə bilərsiniz ki, o göndərib. Amma, onunda sosial şəbəkə hesabı artıq sındırılıb. Link sizə kiberdələduzlar tərəfindən göndərilib. Ona görə də diqqətli olmaq lazımdır”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR