Turistləri ən çox məyus edən 10 yer

Turistlərin ən çox məyus olduğu turistik istiqamətlər bəlli olub. “Stasher” şirkəti “Google” rəyləri və “TikTok” bəyənmələrinə əsaslanaraq 101 məşhur turistik məkan arasında geniş araşdırma aparıb. Siyahının məqsədi, “fotolarda möhtəşəm görünsə də, reallıqda gözləntini doğrultmayan” məkanları üzə çıxarmaqdır.
Sfera.az xəbər verir ki, şirkətin qurucu ortağı Ceykob Vedderbern Dey bəzi turistik istiqamətlərin sosial mediada həddindən artıq şişirdildiyini qeyd edərək bildirib:
“Ziyarətçilər nəqliyyat çətinlikləri, həddindən artıq sıxlıq, zəif gigiyena və məkanların fotoşəkillərdəki qədər təsirli olmaması səbəbindən böyük məyusluq yaşayırlar”.
Araşdırma nəticəsində dünyanın müxtəlif bölgələrindən tanınmış turistik məkanlar sıralanıb. İlk onluqda Türkiyədən “Qapalıçarşı” da yer alıb.
Dünyanın ən çox məyusluq yaradan həmin turistik məkanları:
1. Hollivud – ABŞ
Los-Ancelesin ən çox ziyarət olunan məkanlarından biri olsa da, təhlükəsizlik problemləri, izdiham və çirkli atmosfer səbəbilə siyahının birinci yerinə çıxıb.
2. Ölü dəniz – Yaxın Şərq
İsrail, İordaniya və Fələstin arasında yerləşən göl yüksək duzluluq dərəcəsi ilə tanınır. Lakin turistik ticarət, yüksək qiymətlər və ekoloji problemlər səbəbindən ziyarətçi məmnuniyyəti aşağıdır.
3. Qapalıçarşı – Türkiyə
İstanbulun ikonik məkanı hər il milyonlarla turist qəbul etsə də, sıxlıq, turistik qiymət siyasəti və məkanın qarışıq strukturu qonaqlar üçün məyusedici təcrübə yaradır.
4. Çin səddi – Çin
Tarixi əhəmiyyətinə baxmayaraq, bəzi bölgələrdəki izdiham və aqressiv satış təzyiqi turistlərin əsas narazılıqları arasındadır.
5. Viktoriya limanı – Honq Konq
Məşhur şəhər mənzərəsinə baxmayaraq, əlverişsiz hava şəraiti, sıxlıq və yüksək qiymətlər səbəbindən gözləntiləri hər zaman doğrultmur.
6. MONA muzeyi – Avstraliya (Tazmanya)
Qeyri-adi sənət nümunələri ilə tanınan muzey bəzi ziyarətçilər üçün həddindən artıq eksperimental hesab olunur. Ulaşım çətinliyi də mənfi rəylərə səbəb olur.
7. Stounhenç – Böyük Britaniya
Dünyanın ən sirli abidələrindən biri olsa da, turistlərin əraziyə çox yaxın buraxılmaması və böyük izdiham təcrübəni zəiflədir.
8. Disneyland Paris – Fransa
Avropanın ən populyar əyləncə parkı növbələrin uzunluğu, yüksək qiymətlər və həddindən artıq sıxlıqla bağlı şikayətlərə görə siyahıda aşağı sırada yer alır.
9. Kilimancaro dağı – Tanzaniya
Afrikanın ən yüksək zirvəsi olsa da, çətin yürüş marşrutları və infrastruktur çatışmazlıqları bəzi turistlər üçün məyusluğa səbəb olur.
10. Maçu Piççu – Peru
UNESCO Dünya İrsi Siyahısına daxil olan qədim İnka şəhəri böyük turist axını, giriş məhdudiyyətləri və uzun yürüş yolları səbəbi ilə onluğun son pilləsində qərarlaşıb.
Bəsti Rəfizadə
Sfera.az






