“OpenAI” yeni modellərini təqdim etdi - Dil təkmilləşəcək

"OpenAI" yeni modellərini təqdim etdi - Dil təkmilləşəcək
Kateqoriya məlum deyil
T

“OpenAI” “GPT-5.1 Instant” və “GPT-5.1 Thinking” adlı iki yeni dil modelini istifadəyə verib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq “ChatGPT Plus” və “Pro” abunəçiləri bu modellərə giriş əldə edəcəklər.

 

Yeniləmə bir neçə gün ərzində tədricən bütün istifadəçilərə açılacaq.


“GPT-5.1 Instant” daha sürətli cavab verməyə yönəlib. O, gündəlik yazışmalar, qısa e-poçtlar, sadə kodlar və rezyumelər hazırlamaq üçün nəzərdə tutulub. Model lazım olduqda avtomatik qısa əsaslandırma rejiminə keçir və cavabların quruluşu əvvəlkindən daha aydın olub.


“GPT-5.1 Thinking” isə daha dərin düşüncə və analiz tələb edən işlər, eyni zamanda proqramlaşdırma, planlaşdırma, hesablama və analitika üçün hazırlanıb. Bu versiya sadə sorğulara tez, mürəkkəb sorğulara isə daha düşünülmüş şəkildə cavab verir. Əsas üstünlükləri arasında daha güclü məntiq, daha yaxşı kontekst saxlama və azaldılmış texniki jarqon var.


“OpenAI” həmçinin “ChatGPT”nin fərdiləşdirmə sistemini yeniləyib. İstifadəçilər artıq altı üslubdan birini seçə biləcəklər. Defolt, Dostluq, Səmərəli, Professional, Səmimi və Qeyri-adi- seçilən ton bütün söhbətlərdə tətbiq olunur.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR