7,5 milyon dollar tapdı və gözlənilməz seçim etdi

Amerika Birləşmiş Ştatlarından olan bir ailə uzun müddət uyğun mənzil axtardıqdan sonra nəhayət mükəmməl hesab etdikləri bir ev tapıb. Bu, taxta bəzəkli, geniş həyəti olan bir ev idi. Lakin gözlənilmədən uşaqlar bu evin alınmasından imtinanın səbəbi olublar.
Sfera.az xəbər verir ki, Texasdan olan bir qadının internetdə paylaşdığı bu hekayə minlərlə istifadəçinin marağına səbəb olub. Yazının müəllifi qeyd edib ki, onun kiçik oğlu uşaqlıqdan müxtəlif yerlərin psixi enerjisini hiss edə bilir.
Ana bildirir ki, əri ilə birlikdə evi dörd və altı yaşlı uşaqlarına göstərəndə, onlar dərhal “bu ev ruhludur, burada yaşamaq olmaz” deyə qışqırmağa başlayıblar. Qadın etiraf edib ki, ev təmirə ehtiyac duysa da, onun üçün əsl tapıntı kimi göründüyündən bu vəziyyət onu məyus edib.
“Bu, məni çox üzürdü, çünki artıq orada necə yaşayacağımızı təsəvvür etmişdim. Amma uşaqların instinktlərini görməzdən gələ bilməzdim. Ev qorxu filmindən çıxmış bir səhnəni xatırladırdı”, – deyə qadın bildirib.
Nəticədə ailə evi almamaq qərarına gəlib. Bir neçə il sonra isə məlum olub ki, həmin ev güclü tornado nəticəsində tamamilə dağılıb. Bir vaxtlar geniş həyəti olan evdən yalnız su basmış zirzəmi qalıb və indi onun yerində bir kilsə tikilib.
“İndi başa düşürəm ki, hər şey belə olmalı idi. Bəzən intuisiyanıza, xüsusən də uşağın hisslərinə etibar etmək lazımdır”, – deyə amerikalı qadın vurğulayıb.
Bu hekayə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Bəzi istifadəçilər evin fotolarına baxanda narahatlıq hiss etdiklərini və canlarına üşütmə gəldiyini yazıblar, digərləri isə onun rahat və mehriban göründüyünü düşünürlər.
Aynil






