Hollivudun ən parlaq ulduzu necə öz işığından yandı?

Hollivudun ən parlaq ulduzu necə öz işığından yandı?
Kateqoriya məlum deyil
T

Həyatı qısa, amma dərin iz buraxan Hollivud ulduzu Vivien Li kino tarixində güc, ehtiras və kövrəkliyin simvoluna çevrilib.

 

Sfera.az bildirir ki, onun Skarlett O'Hara (“Küləklə udulanlar”) və Blanş DüBois (“Arzu adlı tramvay”) obrazları sadəcə rollar deyil, qadın ruhunun əbədi ifadəsinə çevrilib. Bu gün, 5 noyabr, əfsanəvi aktrisanın doğum günüdür.

 

Qısa bioqrafiya


Vivien Meri Hartli 5 noyabr 1913-cü ildə Hindistanın Darjeeling şəhərində, Britaniya zabiti ilə irland əsilli ananın ailəsində doğulub. Uşaqlıqdan aktyorluğa maraq göstərib, Londonda Kral Dram Sənəti Akademiyasında (RADA) təhsil alıb.

Onun karyerasındakı dönüş nöqtəsi 1939-cu ildə ekranlara çıxan “Küləklə Udulanlar” filmi oldu. Skarlett O’Hara rolu Vivienə dünya şöhrəti və ilk “Oskar” mükafatını qazandırdı. Bu rol üçün 1400-dən çox namizəd arasında seçilmişdi.

 

Eşq və faciə


Filmin çəkilişləri zamanı Vivien Li britaniyalı aktyor Lorens Olivye ilə tanış oldu. Hər ikisi evli idi, lakin bir-birlərinə görə həyat yoldaşlarını tərk etdilər və 1940-cı ildə evləndilər. Onların münasibəti həm ehtiraslı, həm də fırtınalı idi. Vivien uzun illər bipolyar pozğunluqdan əziyyət çəkirdi və bu hal tez-tez evliliyə təsir edirdi.

1951-ci ildə “Arzu adlı tramvay” filmindəki Blanş DüBois rolu ona ikinci “Oskar”ını qazandırdı. Lakin bu obraz da aktrisanın psixoloji vəziyyətini daha da ağırlaşdırdı. Vivien sonralar etiraf etmişdi: “Blanş mənim ruhumu məhv etdi".

 

Son illər və faciəli son


Vivien Li illərlə həm psixi pozğunluq, həm də vərəmlə mübarizə apardı. Buna baxmayaraq, o, səhnəni tərk etmədi və tamaşaçılara hər dəfə güclü çıxışlar təqdim etdi. 1967-ci ildə vərəm yenidən qayıtdı və o, 53 yaşında Londondakı evində dünyasını dəyişdi.

Onun külü Susseksdəki sevimli evinin yaxınlığındakı gölməçəyə səpələnib. Lorens Olivye isə sonralar etiraf edib ki, Vivien onun həyatının böyük sevgisi olaraq qalıb.

 

Maraqlı faktlar

O, qeyri-adi gözəlliyi ilə tanınırdı - müasirləri onu 20-ci əsrin ən gözəl qadınlarından biri hesab edirdilər.

Vəkil Herbert Li Holmanla ilk evliliyindən Suzan Holman adlı bir qızı var idi. O, 2015-ci ildə vəfat edib.
O, tez-tez depressiyada və ya xəstə olanda belə səhnədə çıxış etsə də, tamaşaçılar heç vaxt bunun hiss etməyiblər. Vivyenin külü Susseksdəki sevimli evinin yaxınlığındakı bir gölməçəyə səpələnib.

Vivien Li həm istedadı, həm də faciəli həyatı ilə kino tarixində əbədi iz qoyub.

 

Aynil

PAYLAŞ