Bir ürək, iki insan: Tarixdə iz qoyan siam əkizləri

Siam əkizləri çox nadir hallarda dünyaya gəlirlər – təxminən hər 50-60 min doğuşdan bir. Elmə görə, bu uşaqların çoxu sağ qalmır, diri doğulanların isə əksəriyyəti qız olur. Mütəxəssislər hələ də bu hadisənin səbəbini tam izah edə bilmirlər. Ən çox qəbul edilən fikrə görə, embrion normaldan gec bölünür və tam ayrılmadan inkişaf edir.
Sfera.az xəbər verir ki, siam əkizləri fenomeni çox qədimdir. Hətta Neolit dövrünə aid – indiki Türkiyə ərazisində tapılmış, ombalarından birləşmiş iki qadının mərmər fiquru bunun ən qədim sübutu sayılır.
Aşağıda tarixdə iz buraxmış ən məşhur siam əkizlərinin hekayələri təqdim olunur:
Çanq və Eng – “Siyam əkizləri” adını dünyaya gətirən qardaşlar
1811-ci ildə Siamda (indiki Tayland) doğulan Çanq və Eng Bunker qardaşları sinədən birləşmişdilər və bir qaraciyərləri vardı. Onları ABŞ-a gətirən şotland iş adamı Robert Hanter sayəsində “Siyam əkizləri” kimi tanındılar. Qardaşlar sonradan Şimali Karolinada yaşayaraq evləndilər və 21 uşaq böyütdülər. Onlar 1874-cü ildə 62 yaşında, bir neçə saat fərqlə dünyalarını dəyişdilər. Bu gün onların 1500-dən çox nəvəsi və nəticəsi var.
Ronni və Donni Qeylion – dünyanın ən uzunömürlü siam əkizləri
ABŞ-ın Ohayo ştatında doğulan Ronni və Donni Qeylion qardaşları 1951-ci ildə dünyaya gəlib və 68 il yaşayıblar. Onlar bədənlərinin aşağı hissəsindən birləşmişdilər, lakin hərəsinin ürəyi və ağciyəri ayrı idi. Qardaşlar müstəqil yaşayır, təsərrüfatla məşğul olur və gündəlik həyatlarını birlikdə davam etdirirdilər. 2020-ci ildə ürək çatışmazlığından vəfat ediblər.
Lori və Corc Çappelle – tarixin ən uzunömürlü qadın əkizləri
1961-ci ildə ABŞ-ın Pensilvaniya ştatında doğulan Lori və Corc (əvvəlki adı Dori) Çappelle bacıları kəllə sümüyündən birləşmişdilər və beynin bir hissəsini paylaşırdılar. Buna baxmayaraq, hərəsi fərqli sahədə fəaliyyət göstərirdi: Corc kantri müğənnisi, Lori isə xəstəxana işçisi idi. Onlar 2024-cü ildə 62 yaşında vəfat ediblər və tarixdə ən uzunömürlü qadın siam əkizləri kimi yadda qalıblar.
Bu nadir doğuşlar hələ də elm adamlarını düşündürür və hər dəfə bu cür hekayələr insan bədəninin və həyatın sirli gücünü bir daha göstərir.
Aynil
