Oskar yox, orqan bağışladı – Cessi Eyzenberqdən həyat dərsi

Oskar yox, orqan bağışladı – Cessi Eyzenberqdən həyat dərsi
Kateqoriya məlum deyil
T

“Oskar” mükafatına namizəd aktyor Cessi Eyzenberq illərdir düşündüyü qərarı gerçəkləşdirib – o, böyrəyini tanımadığı bir insana bağışlayacaq.

 

Sfera.az xəbər verir ki, Eyzenberq televiziya proqramlarından birində əməliyyatın dekabrın ortalarında keçiriləcəyini açıqlayıb.

 

Aktor bildirib: “Tutaq ki, Kanzas-Sitidə kiminsə böyrəyə ehtiyacı var, amma onun ailə üzvləri toxuma uyğunluğu səbəbindən donor ola bilmir. Əgər mənim böyrəyim həmin şəxsə uyğundursa, ona verilir. Əgər onun qohumunun böyrəyi başqa birinə uyğundursa, o da öz böyrəyini bağışlayır. Beləcə, zəncirvari bir sistem yaranır. Amma bunun baş tutması üçün əvvəlcə könüllü bir donor prosesi başlamalıdır. Düşünürəm ki, insanlar bunun nə qədər məntiqli olduğunu başa düşəcəklər. Əgər vaxtınız və istəyiniz varsa, bu, çox dəyərli bir addımdır".

 

Eyzenberq qeyd edib ki, 10 ildir böyrəyini bağışlamağı planlaşdırırdı, lakin bunu indi reallaşdıra bilir.

 

O, həmçinin müntəzəm olaraq qan verir və orqan donorluğu haqqında maarifləndirməyə xüsusi diqqət yetirir. Sosial mediada minlərlə izləyici onun bu addımını alqışlayaraq “Qoy o, nümunə olsun” kimi şərhlər yazıb.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR