Vulkan üzərində “uçan parıltı”: Yadplanetlilər Meksikada?

Vulkan üzərində "uçan parıltı": Yadplanetlilər Meksikada?
Kateqoriya məlum deyil
T

Meksika sakinləri Popokatépetl vulkanının yaxınlığında qəribə obyekt ilə qarşılaşıblar.

 

Sfera.az xəbər verir ki, qeydə alınan obyekt ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.


Müşahidə kamerasının görüntülərində gecə saatlarında Popokatépetl vulkanının krateri üzərində parıldayan bir obyektin fırlandığı, bir müddət hərəkətsiz qaldığı və daha sonra qəfil şəkildə sürətlə uzaqlaşdığı görünür.

 

Video sosial mediada sürətlə yayılıb. Bir çox istifadəçi obyektin tipik UNO (Uçan Naməlum Obyekt) formasına bənzədiyini iddia edir və yadplanetli mənşəli ola biləcəyi barədə fərziyyələr irəli sürürlər. Digərləri isə bunun dron, peyk və ya nadir atmosfer hadisəsi ola biləcəyini düşünür və hər kəsi ehtiyatlı olmağa çağırıb.

 

Tüstülənən Popokatépetl vulkanının üzərində qırmızı dairə ilə işarələnmiş parıldayan obyektin səmada göründüyü fotolar da yayılıb.

 

Ufoloqlar arasında Popokatépetlə bağlı maraq təsadüfi deyil. Keçən il anomal hadisələr üzrə tanınmış meksikalı tədqiqatçı Xayme Maussan vulkanın “ölçülərarası portal” ola biləcəyini irəli sürmüşdü. O, Norveçdəki Bergen Universitetinin apardığı tədqiqatlara istinad edərək, vulkanın altında güclü maqnit dalğalanmalarının müşahidə olunduğunu və bu prosesin “X nöqtələri” – yəni Yer və Günəşin maqnit sahələrinin kəsişdiyi zonaları yarada biləcəyini qeyd edib.

 

Maussanın sözlərinə görə, bu cür enerjili burulğanlar fəza-zaman ərzində “tunellər” yarada bilər və qalaktikanın müxtəlif nöqtələri arasında səyahətə imkan verə bilər. O həmçinin bildirib ki, heç bir süni obyekt kraterin içindəki 1000°C-yə çatan yüksək temperatura tab gətirə bilməz və bu fakt videonu daha da sirli edir.

 

Qeyd edək ki, 5426 metr hündürlüyə malik Popokatépetl Meksikanın ən aktiv vulkanlarından biridir və Puebla ilə Morelos ştatlarının sərhədində yerləşir. Sirli hadisənin qeydə alındığı gün Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi vulkanda buxar, qaz və az miqdarda külün buraxılması ilə müşayiət olunan 19 aşağı intensivlikli püskürmə hadisəsinin baş verdiyini açıqlayıb. Yerli hakimiyyət orqanları isə sakinləri kraterin ətrafındakı 12 kilometrlik təhlükəsizlik zonasına riayət etməyə çağırıb.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR