"Samsung”un üçqat telefon modeli təqdim olundu

Texnologiya dünyasında böyük maraq doğuran yenilik "Samsung”un üçqat (tri-fold) telefon modeli ilk dəfə real şəkildə görüntülənib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin illərdir üzərində işlədiyi bu konsept artıq sınaq mərhələsini keçib və yaxın aylarda təqdimatı gözlənilir. Yeni cihazda üç hissədən ibarət ekran paneli var.
Telefon açıldıqda mini planşet ölçüsündə görünür, bağlandıqda isə adi smartfon kimi istifadə oluna bilir. Sızan fotolarda cihazın sol tərəfində kamera modulunun yerləşdiyi, orta hissədə isə əsas ekran panelinin olduğu görünür. Bildirilir ki, bu model qatlanan cihaz bazarında növbəti mərhələ olacaq.
Hazırda “Galaxy Z Fold” seriyası bu kateqoriyada lider sayılır, lakin üçqat sistem ekran səthini 40%-dək artırmaqla məhsuldarlığı xeyli yüksəldəcək. Bu cür dizayn həm texnoloji, həm də aksesuar sənayesi üçün yeni imkanlar yaradır. Çünki ekran və korpus forması tam fərqlidir, bu da xüsusi qoruyucu, qapaq və dizayn aksesuarlarına tələbat yaradacaq.
Fidan Hacızadə
Sfera.az






