Dünya tarixinin ən böyük 10 fəlakəti

Bəzən daşqın, bəzən zəlzələ, bəzən sunami və ya fırtına...
Fəlakətlərin adlarının əhəmiyyəti yoxdur. Təbiətlə münaqişə etməkdənsə, onunla harmoniyada yaşamağı öyrənməliyik. Bunu edə bilmədiyimiz hər qarşılaşma bəşəriyyət üçün məğlubiyyətə səbəb olacaq.
Təbii fəlakətlər tarix boyu baş verib və baş verməyə davam edəcək. Əsas məsələ həyatımızı elm, texnologiya və mənəvi dəyərlərimiz işığında davam etdirməkdir.
Sfera.az bu dəfə sizə maraqlı ola biləcək dünyanın ən böyük fəlakətlərini təqdim edir.
1) 1960 Çili Zəlzələsi
Zəlzələlərin dağıdıcı təbiəti əslində dünyanın ən təbii hadisələrindən biridir. Bunun səbəbi quru hissəsini təşkil edən lövhələrin hərəkətli olmasıdır. Tarixdə məlum olan ən böyük zəlzələ 9,5 bal gücündə 22 may 1960-cı ildə Çilidə baş vermişdir. Çili zəlzələsi iki milyon insanı evsiz qoymuş, ən azı 3000 nəfər yaralanmış və təxminən 1655 nəfər ölmüşdür. İqtisadi zərərin 550 milyon dollara çatdığı təxmin edilir.
2) 1972-ci il İranda Qar Çovğunu
1972-ci ildə İranda baş verən çovğun 200 kəndi yerlə bir edib. 3 fevralda başlayan bu şiddətli hava hadisəsi 9 fevralda bitib və qarın qalınlığı 8 metrə çatıb. Bu, həmçinin tarixdə qeydə alınan ən ölümcül çovğun kimi tanınır.
3) 1815-ci il Tambora Vulkanının Püskürməsi
10 aprel 1815-ci ildə İndoneziyanın Sumbava adasında Tambora Vulkanının püskürməsi lava püskürməsi nəticəsində 12.000 insanın ölümünə səbəb olub. Kənd təsərrüfatının dayanmasına səbəb olan sonrakı kül yağışı 90.000-dən çox insanın ölümünə səbəb olub. Püskürmə nəticəsində atmosferdə karbon qazının və digər qazların toplanması və istixana effekti yaratması nəticəsində həmin il Şimal yarımkürəsində yay olmadı və kənd təsərrüfatı fəaliyyətləri tamamilə dayandı.
4) 1920-ci il Çində baş verən torpaq sürüşməsi
16 dekabr 1920-ci ildə baş verən başqa bir fəlakətli zəlzələ torpaq sürüşməsinə səbəb oldu. 8,5 bal gücündə zəlzələ Çinin Qansu əyalətində böyük bir torpaq sürüşməsinə və insanların nə baş verdiyini belə anlamadan tonlarla torpaq altında həyatlarını itirməsinə səbəb oldu. Təəssüf ki, qeydlərə görə, ölənlərin sayı 200.000-ə çatıb.
5) 2004-cü il Sumatra Sunamisi
Bu fəlakət sizə daha tanış olacaq, çünki tarixdəki ən böyük sunami yaxın tarixdə baş verib.
2004-cü ildə Hind okeanında Sumatra sahillərində baş verən 9,0 bal gücündə zəlzələ təxminən 2 milyon insanı evsiz qoydu və 230.000 insan həyatını itirdi.
6) 1970 Bhola Siklonu
İndiyə qədər qeydə alınan ən ölümcül siklon olan Bhola, 1970-ci ildə Pakistan və Banqladeşin böyük bir hissəsini vurdu və nəticədə təxminən 500.000 insanın ölümünə səbəb oldu. Siklon öz yolunda hər şeyi kökündən qopararaq evlərin 80%-ni dağıtdı və ümumilikdə 3,5 milyon insana təsir etdi.
7) Şansi Zəlzələsi
Bu şəhər 461 il əvvəl bəşəriyyət tarixindəki ən böyük zəlzələlərdən birini, 8 bal gücündə zəlzələni yaşadı. Təəssüf ki, 23 yanvar 1556-cı ildə Şimali Çində baş verən bu zəlzələdə 830.000 insan həyatını itirdi. Çili zəlzələsi daha böyük olsa da, ölənlərin sayı müqayisəolunmaz dərəcədə çox idi.
8) İrlandiya Kartof Qıtlığı (Böyük Qıtlıq)
Tarixin ən pis fəlakətlərindən biri aclıqdan qaynaqlanırdı. 1845-1852-ci illər arasında İrlandiyada baş verən kartof qıtlığı ölkə əhalisinin dörddə birinin, yəni 7 ildə tam 1 milyon insanın ölümünə səbəb oldu. Osmanlı Sultanı Əbdülməcidin həmin dövrdə göstərdiyi yardım hələ də İrlandiyada xatırlanır.
9) Misir və Suriyada zəlzələlər
Hazırda təbii olmayan fəlakətlərlə - insan tamahkarlığı və şərinin nəticəsi ilə mübarizə aparan iki Yaxın Şərq ölkəsi düz 800 il əvvəl ortaq bir kədəri bölüşüb. 5 iyul 1201-ci ildə baş verən zəlzələ tarixə indiyə qədər qeydə alınan ən ölümcül zəlzələlərdən biri kimi düşdü. Hər iki ölkədə bir milyondan çox insan həyatını itirdi. Zəlzələnin miqyası dəqiq bilinmir.
10) İspan qripi
Sonuncu və ən dağıdıcı fəlakət…
Nə zəlzələ, nə qasırğa, nə daşqın, nə də quraqlıq...
Bəşər tarixindəki ən ölümcül təbii fəlakət İspan qripi idi.
1918-1919-cu illərdə baş verən bu epidemiya ticarət gəmiləri vasitəsilə demək olar ki, bütün dünyaya yayıldı. Hindistanda ən çox- 16 milyon insan ölümü ilə nəticələnən İspan qripi ABŞ-da 650.000 insanın, dünyada isə təxminən 100 milyon insanın ölümünə səbəb oldu.
Ümid edirik, bir daha əsla belə faciələr yaşanmaz.
Xanım










