Qadınlar bu sahədə kişiləri geridə qoydu

Qadınlar bu sahədə kişiləri geridə qoydu
Kateqoriya məlum deyil
T

Yüksək gəlirli qadınlar sənət bazarında xərcləmələr baxımından kişiləri 46% üstələyir. 

 

Sfera.az bu barədə Art Basel və UBS-in açıqladığı “Global Collecting 2025” sorğusuna istinadən xəbər verir.


Oktyabrın 23-də yayımlanan hesabat çərçivəsində 10 əsas bazarda 3100 varlı kolleksiyaçı arasında sorğu keçirilib.

 

Sorğunun nəticələri göstərib ki, xüsusilə Z nəsil və minillik (millennial) qadınlar sənətə investisiyada daha fəaldırlar. Bu kateqoriyalarda qadınlar kişiləri üstələdiyi halda, Gen X və baby boomer nəsillərində üstünlük hələ də kişilərin tərəfindədir.

 

Məlumatda vurğulanır ki, qadın kolleksiyaçıların 55%-i inkişaf etməkdə olan rəssamların əsərlərini “tez-tez və ya müntəzəm” alır. Bu göstərici kişilərdə 44% təşkil edir. Ekspertlərin qənaətinə görə, qadınlar sənət bazarında daha innovativ yanaşma nümayiş etdirir və qeyri-ənənəvi mediaya üstünlük verirlər.

 

“Qadınların daha ehtiyatlı olması barədə stereotiplər artıq aktuallığını itirir. Araşdırma təsdiqləyir ki, onlar riskləri daha yaxşı anlayır və daha çox risk götürməyə hazırdırlar,” – hesabatın müəllifi və "Art Economics"in təsisçisi Kler MakEndryu deyib.

 

Hesabat həmçinin gender balansına dair maraqlı məlumatları ortaya qoyur: qadın kolleksiyaçıların kolleksiyalarında olan əsərlərin 49%-i qadın rəssamlara məxsusdur. Kişi kolleksiyalarında isə bu göstərici 40%-dir. ABŞ və Yaponiyada qadın rəssamların əsərlərinin payı 50%-dən də çoxdur.

 

2025-ci ildə kolleksiyaçılar sərvətlərinin orta hesabla 20%-ni incəsənətə yönəldiblər ki, bu da ötən illə müqayisədə 5% artım deməkdir. Ultra yüksək sərvətli şəxslər (50 milyon dollardan yuxarı aktivləri olanlar) üçün bu rəqəm 28%-ə çatıb. Gen Z kolleksiyaçılarında sənətə ayrılan sərvət 26% təşkil edib və onların təxminən 90%-i sənəti gələcək nəsillərə miras qoyduqlarını bildirib.

 

Sfera.az
Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR