Makronun arvadı kişi kimi qeydiyyada alınıb - Maraqlı hadisə

Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makron ölkənin rəsmi vergi sistemində “Jean-Michel” adlı kişi kimi qeydiyyatdan keçirilib.
Sfera.az xəbər verir ki, fakt BFMTV kanalının hazırladığı sənədli filmdə açıqlanıb.
Filmin treylerində birinci xanımın aparat rəhbəri Tristan Baume ötən ilin sentyabrında aparılan vergi yoxlaması zamanı bu hadisənin üzə çıxdığını danışır. Onun sözlərinə görə, Bricit Makronun adı göstərilməli olan bölmədə əvəzlənərək kişi adı qeyd edilib. Sənəddə bildirilib ki, bu, texniki nasazlıq deyil, məqsədli müdaxilə nəticəsində baş verib.
Yelisey sarayı məsələni ciddi şəkildə nəzarətə götürüb və Bricit Makron hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. Araşdırma zamanı məlumatların dəyişdirilməsində iştirak etdiyindən şübhələnilən iki şəxs müəyyən edilib.
Xatırladaq ki, 2022-ci ildə Bricit Makronun guya “kişi olaraq doğulması” ilə bağlı əsassız iddialar sosial mediada yayılmışdı.
Firuzə Əliyeva
Sfera.az






