İş yerlərini süni intellekt və robotlar əvəz edəcək - İddia

İş yerlərini süni intellekt və robotlar əvəz edəcək - İddia
Kateqoriya məlum deyil
T

Yaxın gələcəkdə bütün iş yerləri süni intellekt və robotlar tərəfindən doldurulacaq. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İlon Mask “X” sosial şəbəkəsində bildirib.

 

Maskın sözlərinə görə, gələcəkdə iş anlayışı öz əhəmiyyətini itirəcək və insanlar yalnız zövq aldıqları fəaliyyətlərlə məşğul olacaqlar. Milyarder bununla bağlı olaraq, insanların tərəvəzləri mağazadan almaq əvəzinə, özləri yetişdirməsini misal göstərib.

 

Qeyd edək ki, 2024-cü ilin 24 sentyabrında BMT-nin Baş katibi Antonio Quterreş də süni intellektin idarəolunmaz təhlükə yarada biləcəyini bildirmişdi. Onun sözlərinə görə, bu texnologiya qlobal parçalanmaya, “iki internet, iki bazar və iki iqtisadiyyatın” formalaşmasına səbəb ola bilər. Quterreş bu sahədə qlobal səviyyədə idarəetmə mexanizminin vacibliyini vurğulamışdı.

 

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da süni intellektdən qorxduğunu etiraf etmişdi.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR