Alma etiketlərindəki rəqəmlərin mənasını öyrəndikdə şoka düşəcəksiniz

Çoxumuz supermarketlərdə mövsümün əsas meyvəsinə çevrilən almaları bəzəyən kiçik stikerləri görsək də, mənası ilə maraqlanmırıq belə. Lakin, bu stikerlərdə meyvənin mənşəyi və becərilməsi üsulları haqqında mühüm məlumatlar var.
Sfera.az bildirir ki, populyar bloqqer və sağlam qidalanma eksperti Zib Atkins stikerlərdəki rəqəmlərim Qiymət Axtarış (PLU) kodu olduğunu və kassirlərim meyvənin qiymətini və çeşidini müəyyən etmək üçün istifadə etdiyini bildirib.
Mütəxəssis qeyd edib ki, 3 və ya 4 ilə başlayan kodlar almaların şərti olaraq kimyəvi gübrə və pestisidlərdən istifadə edilərək becərildiyini göstərir. Belə meyvələr tez-tez sintetik mumla örtülür ki, bu da meyvənin təravətini qorumağa kömək etsə də, kimyəvi maddələrin izlərini gizlədə bilir.
"Əgər siz 3 və ya 4 ilə başlayan rəqəm görürsünüzsə, bu, üzvi alma deyil. Üzərinə örtdüyü mumun tərkibində zəhərli maddələr ola bilər və pestisidləri gizlədə bilər"- deyə Atkins izah edib.
Onun sözlərinə görə, kodu 9 ilə başlayan meyvələri seçmək daha təhlükəsizdir; bu o deməkdir ki, məhsul üzvi məhsuldur, pestisidlər və süni əlavələr istifadə olunmadan yetişdirilir.
Bununla belə, qida sənayesi mütəxəssisləri qeyd edirlər ki, istifadə edilən mum istehlak üçün təhlükəsiz sayılır. Nəm itkisinin qarşısını almaq və rəf ömrünü uzatmaq üçün meyvə yaxşıca yuyulduqdan sonra tətbiq olunur.
Mum və pestisid qalıqlarını tamamilə çıxarmaq istəyənlər üçün Atkins sadə bir ev vasitəsini tövsiyə edir:
"Bir qabı su ilə doldurun, bir çay qaşığı soda əlavə edin və almaları 15 dəqiqə isladın. Sonra onları sərt bir fırça ilə ovuşdurun və səthdəki çirkləri 90%-ə qədər təmizləyəcəksiniz"- deyə ekspert bildirir.
Aysel






