Beyonce hicabla görüntüləndi – FOTO

Beyonce hicabla görüntüləndi – FOTO
Kateqoriya məlum deyil
T

Beyonce adətən səhnə performanslarında və ictimai çıxışlarında uzun və zərif saçları ilə tanınsa da, bu dəfə tam fərqli tərzdə görünüb. 

 

Sfera.az xariic KİV-ə istinadla xəbər verir ki, super ulduz Qətərə səfəri zamanı saçlarını tam örtən ənənəvi hicab (ximar) taxaraq diqqət çəkib.

 

44 yaşlı müğənni YSL mağazasında alış-veriş edərkən görüntülənib. Onun nə aldığı məlum olmasa da, seçdiyi görünüş sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

 

Qeyd edək ki, Qətərdə ictimai davranış və geyim qaydaları şəriət qaydalarına əsaslanır. İctimai yerlərdə qadınların saçlarını örtməsi təvazökarlıq göstəricisi sayılır. Beyonce də ölkənin mədəni və dini normalarına uyğun formada geyinməyi seçib.

 

Fotolarda müğənninin qara pencək, şalvar və kəmərli sandalet geyindiyi, başını və çiyinlərini isə tam örtən hicabla tamamladığı görünür. Stilini günəş eynəyi və qırmızı tonlu dodaq boyası ilə vurğulayıb.

 
Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR