Həftə bu bürclər üçün uğurlu olacaq - Qoroskop

Bu həftə ulduzlar dəyişiklik və yeni başlanğıcların enerjisini gətirir. Marsın aktiv təsiri bəzi bürclərdə qərarlılığı artıracaq, bəzilərində isə emosional gərginliyi ön plana çıxaracaq. Merkuri isə ünsiyyət və planlaşdırma sahəsində mühüm fürsətlər yaradacaq.
Sfera.az həftəlik bürc qoroskopunu təqdm edir:
Qoç
Qoç bürcləri bu həftə iş və məsuliyyətlər baxımından sıx temp yaşayacaq. Yeni layihələr və rəhbərliklə bağlı qərarlar diqqət tələb edəcək. Sevgi münasibətlərində isə soyuqluq və ya məsafə hiss edilə bilər. Emosiyalara hakim olmaq vacibdir. Maliyyə qərarlarını tələsmədən vermək məsləhətdir.
Buğa
Buğalar üçün romantik və yaradıcı enerjilərlə dolu bir həftə olacaq. Yeni ideyalar və əməkdaşlıqlar gündəmə gələ bilər. Hisslərinizi ifadə etməkdən çəkinməyin. Sağlamlıq baxımından yuxu və qidalanma rejiminə diqqət yetirin.
Əkizlər
Əkizlər üçün ünsiyyət və sosial əlaqələr ön plandadır. Köhnə dost və ya keçmiş sevgilidən gözlənilməz xəbər ala bilərsiniz. İş sahəsində kreativ ideyalar uğur gətirəcək.
Xərçəng
Ailə və şəxsi həyatla bağlı vacib dəyişikliklər mümkündür. Ev və yaxınlara qarşı məsuliyyətlər arta bilər. İş mühitində isə səbirli davranmaq önəmlidir.
Şir
Şirlər üçün parlayış dövrü gəlir. Yeni layihələrə başlamaq və diqqət mərkəzində olmaq üçün əlverişli zamandır. Romantik münasibətlərdə istilik artır, lakin eqo qarşıdurmalarına diqqət edin.
Qız
Bu həftə Qız bürcü nizam-intizam və plan qurmaq enerjisi ilə doludur. İşdə xırda detallar böyük nəticələr verəcək. Maliyyə məsələlərində qənaət vacibdir. Özünüzə və sağlamlığınıza bir az daha çox vaxt ayırın.
Tərəzi
Tərəzilərin doğum mövsümü öz enerjisini göstərir. Yeni başlanğıclar üçün fürsətlər yaranacaq. Münasibətlərdə balans və dürüstlük önəmlidir. Tək olan Tərəzilər üçün yeni tanışlıqlar mümkündür.
Əqrəb
Əqrəblər dərin düşüncə və dəyişiklik mərhələsindədir. Gizli məsələlər üzə çıxa bilər. Maliyyə planlarında riskdən uzaq durmaq məsləhətdir.
Oxatan
Sosial həyat və dostluq münasibətləri canlanır. Komanda işi uğur gətirəcək. Sevgi həyatında dostluqdan münasibətə keçid ehtimalı yüksəkdir.
Oğlaq
Oğlaqlar üçün karyera və peşə həyatında önəmli qərarlar dövrüdür. Yeni vəzifə və ya təklif gündəmdə ola bilər. Ailədə isə anlayışlı davranmaq lazımdır.
Dolça
Dolçalar üçün genişlənmə və öyrənmə dövrü başlayır. Səyahət, təhsil və yeni ideyalar ön plana çıxacaq. Münasibətlərdə fikir ayrılığı olsa da, açıq dialoq problemi həll edəcək.
Balıqlar
Balıqlar üçün emosional təmizlənmə həftəsidir. Keçmişlə bağlı məsələləri bağlamaq və yenilənmək üçün əlverişli dövr başlayır. Maliyyə və ortaq resurslarda diqqətli olmaq lazımdır.
Fidan Hacızadə
Sfera.az






