Logo

Apple süni intellektdə inqilab edir: Yeni model 128 dəfə sürətli yazır

Apple süni intellektdə inqilab edir: Yeni model 128 dəfə sürətli yazır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Apple və Ohio State University alimləri süni intellekt dünyasında böyük irəliləyişə imza atıblar. Onlar FS-DFM adlı yeni bir model təqdim ediblər ki, bu da mövcud analoqlardan 128 dəfə daha sürətli mətn yaza bilir.

Sfera.az bildirir ki, hazırda ChatGPT kimi sistemlər mətni addım-addım, yəni bir sözdən sonra digəri gələcək şəkildə yaradır. Apple-ın yeni modeli isə bunu fərqli edir – o, bir neçə sözü eyni anda formalaşdırır və nəticəni tədricən təkmilləşdirir.

Araşdırmaya görə, FS-DFM modeli cəmi səkkiz mərhələdə tam uzunluqlu və keyfiyyətli mətn yarada bilir. Halbuki əvvəlki diffuziya modellərinə bunun üçün minlərlə addım lazım olurdu.

Alimlər bildirirlər ki, FS-DFM yalnız sürətli deyil, həm də daha dəqiq və sabit nəticələr verir. Model mətni nə çox təkrarlayır, nə də təsadüfi şəkildə yazır – balansı qoruyur.

Ekspertlər hesab edirlər ki, bu yenilik süni intellektin gələcəkdə daha çevik və insana bənzər yazı qabiliyyətinə sahib olmasına yol açacaq.

Gülər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR