Onun oğlu 1 yaşında milyarder oldu

Onun oğlu 1 yaşında milyarder oldu
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur kanadalı müğənni Castin Biberin oğlu Cek Blyuz cəmi bir yaşında milyarder adını qazanıb.

 

Sfera.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı, model və sahibkar Heyli Biber, özünə məxsus “Rhode” kosmetika brendinin satışından əldə etdiyi 1 milyard dollarlıq gəliri oğlunun adına yerləşdirib.

 

Heyli bildirib ki, bu qərarı maliyyəni məsuliyyətlə idarə etmək və oğlunun gələcəyini təmin etmək məqsədilə verib:


“Heç vaxt bu qədər böyük məbləğdə pulu idarə etməmişəm. İndi isə istəyirəm ki, bu sərvət oğlumun gələcəyi üçün düzgün istifadə olunsun”.

 

Qeyd edək ki, “Rhode” brendi  qısa zamanda dünya miqyasında ən çox satılan kosmetika markalarından birinə çevrilib.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR