Bu yazını oxuyana 1 milyon dollar veriləcək - FOTO

Bu yazını oxuyana 1 milyon dollar veriləcək - FOTO
Kateqoriya məlum deyil
T

Min illərdir sirri açılmayan indus yazısının deşifrə olunması üçün Hindistanın Tamil Nadu ştatı 1 milyon dollarlıq mükafat elan edib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, gil və kiçik daşlar üzərinə həkk olunmuş bu qısa işarələr insanlıq tarixinin ən böyük arxeoloji sirlərindən biri hesab olunur. 

Yazılar əsasən möhürlər və keramika üzərində yerləşir. Hər sətirdə orta hesabla beş işarə olsa da, onların mənası hələ də tam başa düşülməyib. Alimlər bu işarələrin səsləri, yoxsa sözləri ifadə etdiyini müəyyənləşdirməyə çalışır.


Tədqiqatların qarşısında duran əsas çətinlik yazının çox qısa olması və “ikidilli” bir nümunənin tapılmamasıdır. “Rozetta” daşı kimi açar mənbə olmadığından, alimlər yalnız simvolların ardıcıllığı və naxışlar əsasında təhlil aparırlar.


Tamil Nadu hökumətinin açıqlamasına görə, yazını elmi şəkildə oxuya bilən şəxs və ya qurum 1 milyon dollar nağd mükafatla təltif olunacaq. Müsabiqə həm alimlərə, həm də həvəskar tədqiqatçılara açıq olacaq.


Qeyd edək ki, İndus Vadisi sivilizasiyası dövrünün ən inkişaf etmiş şəhərsalma sistemi, kanal infrastrukturu və ticarət əlaqələrinə malik olub. Yazının deşifrə olunması, həmin dövrün sosial, iqtisadi və mədəni həyatına işıq tuta bilər.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR