"iPhone"un bu modelləri "BlackBerry"yə oxşayacaq - YENİLİK

"iPhone"un bu modelləri "BlackBerry"yə oxşayacaq - YENİLİK
Kateqoriya məlum deyil
T

Çinin periferiya istehsalçısı “Akko”, “iPhone 16 Pro Max” və “iPhone 17 Pro Max” modelləri üçün klaviatura korpusu olan “MetaKey” adlı yeni aksessuarını təqdim edib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu aksessuar flaqman modellərin dizaynını "BlackBerry" üslubuna yaxınlaşdırır.


Şirkətin fikrincə, fiziki klaviaturanın istifadəsi ekran klaviaturasını aradan qaldıraraq displeydən daha səmərəli yararlanmağa imkan verir.


“MetaKey” sürətli çıxış imkanı verən fiziki düymələrlə təchiz olunub. Düymə kombinasiyaları vasitəsilə müxtəlif proqramları və fərdi funksiyaları işə salmaq mümkündür. Aksessuar həmçinin maqnit paneli vasitəsilə əlavə aksesuarların qoşulmasını təmin edir. Bundan başqa, portlar, düymələr, mikrofonlar və dinamiklər üçün dəqiq kəsiklər nəzərdə tutulub.


Klaviatura zəif işıqlandırılmış mühitdə rahat istifadə üçün ağ arxa işıqlı düymələrə malikdir.  Qiymət isə, “iPhone 16 Pro Max” üçün “MetaKey”in dəyəri 59,99 dollar, “iPhone 17 Pro Max” üçün isə 69,99 dollar təşkil edir.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR