İnsan genetikasında “yadplanetli izləri” aşkarlandı

Yeni bir DNT araşdırması insan genetikasında “yadplanetli mənşəli əlavə genetik seqmentlər” ola biləcəyini iddia edərək elm dünyasında mübahisə yaradıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mərkəzli DNT “Resonance Research Foundation”ın qurucusu və CEO-su Max Rempel bəzi insanların genetik strukturunda valideynlərdən gəlməyən böyük DNT diziləri aşkar etdiklərini açıqlayıb.
Araşdırma hələ təsdiqlənməsə də, 581 ailə üzərində ilkin tədqiqatlar aparılıb. Rempel 11 ailədə valideynlərlə uyğunlaşmayan geniş genetik bölgələr aşkar etdiyini və bu bölgələrdə 348 “insana aid olmayan” variantın olduğunu bildirib. Araşdırmada bəzi variantların 1990-cı ildən əvvəl doğulan uşaqlarda da görüldüyü qeyd olunub.
Əgər nəticələr təsdiqlənərsə, insanların hansı fərdlərin “yadplanetli DNT”si daşıdığını müəyyən etmək və potensial “törəmələri” tanımaq mümkün ola bilər. Araşdırma yadplanetli həvəskarları arasında uzun müddətdir müzakirə olunan “insan-yadplanetli-mələz” nəzəriyyələrinə də istinad edir.
Rempel həmçinin bildirib ki, bu, insanların telepatiya və digər qeyri-adi qabiliyyətlər əldə etmiş ola biləcəyinə dair əlavə iddialara yol açır.Alimlər gələcəkdə könüllü ailələrdən DNT nümunələri toplayaraq daha yüksək dəqiqliklə analizlər aparmağı və araşdırmanı genişləndirməyi planlaşdırırlar.
Bəsti Rəfizadə
Sfera.az






