Bu liderlərin xələfi yoxdur - ADLAR

Bu liderlərin xələfi yoxdur - ADLAR
Kateqoriya məlum deyil
T

Dünya siyasətinin tanınmış simalarının şəxsi həyatı onların ictimai fəaliyyətləri qədər maraq doğurur. Bu mənada hazırkı və keçmiş dövlət başçıları, yüksək vəzifəli liderlərinin övladları zaman-zaman müzakirə obyektinə vçevrilir.

 

Sfera.az xəbər verir ki, bu araşdırmada, həm hazırkı, həm də sabiq liderlərin övladları və ailə həyatı barədə məlumatlar əks olunub.

 

Fransa Prezidenti Emmanuel Makron

 

 

Emmanuel Makron özündən 24 yaş böyük həyat yoldaşı Bricit Makron ilə evlidir. Bricitin əvvəlki evliliyindən üç övladı olsa da, Emmanuel Makronun öz bioloji övladı yoxdur. Bu fakt Fransa mətbuatında tez-tez maraq doğurur.

 

NATO-nun Baş Katibi Mark Rutte 

 

 

Mark Rutte subaydır və uşağı yoxdur. Uzun müddət siyasətdə olmasına baxmayaraq şəxsi həyatını gizli saxlayır.

 


Ruminya Prezidenti Klaus Iohannis (Bir müddət əvvəl istefa verib)

 

 

Klaus Iohannis evlidir, lakin uşağı yoxdur. Bu da onu bioloji övladı olmayan liderlər arasında yerləşdirir.

 

Hindistanın Baş Naziri Narendra Modi 

 


Narendra Modi həyat yoldaşı Caşodaben ilə 1952-ci ildə evlənib, lakin ayrı yaşayır və uşağı yoxdur.

 

Siyahıya keçmiş liderlər də daxildir. 


1.Almaniyanın uzunmüddətli lideri Angela Merkelin də bioloji övladı olmayıb. O, ikinci əri ilə uzun illərdir evlidir və ailəsində sakit, qeyri-sensasiya dolu həyat tərzi sürüb. Merkelin şəxsi həyatındakı sakitlik onun siyasi karyerasının əsas dayaq nöqtələrindən biri sayılıb – o, hər zaman işinə və xalqa xidmətə fokuslandığını bildirib.


2.Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey ailə qurmuş olsa da, övladı yoxdur. O, müsahibələrinin birində bildirib ki, övlad sahibi olmamaq həyatında çətin qərarlardan biri olub, lakin bu, şəxsi və tibbi səbəblərlə əlaqəlidir. Meyin sözlərinə görə, bu amil onun siyasətə daha çox enerji ayırmasına şərait yaradıb.

 

3. ABŞ tarixində ilk afroamerikalı qadın dövlət katibi olan Kondoliza Rays nə ailə qurub, nə də övlad sahibi olub. O, bütün həyatını akademik fəaliyyətə, dövlət xidmətinə və siyasi strategiyaya həsr edib. Həyat tərzi ilə bağlı suallara isə daim belə cavab verib: “Mən həyatımı xidmətə həsr etmişəm”.

 

4. Yaponiyanın keçmiş Baş Naziri Şino Abe də evli olsa da, uşağı yoxdur. Bu, onun şəxsi seçimləri ilə bağlıdır.

 

5. Almaniyanın keçmiş kansleri Olaf Şoltz evlidir, lakin uşağı yoxdur, Almaniya siyasətində uzun müddət tanınsa da, ailəsi şəxsi həyatı ilə diqqət çəkmir.
Mütəxəssislərin fikrincə, bioloji övladı olmayan liderlər, tez-tez siyasətdə daha çox zaman ayıra bilirlər, amma şəxsi həyatlarını da mediadan uzaq saxlayırlar.

 

Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR