Yerə həyat başqa planetlərdən gəlmiş ola bilər - İDDİA

Son illərdə alimlər arasında “Panspermiya” adlanan maraqlı nəzəriyyə müzakirə olunur.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu yanaşmaya görə, Yer üzündə həyatın başlanğıcı sadəcə təsadüfi kimyəvi reaksiyaların nəticəsi olmayıb. Ehtimal edilir ki, həyatın ilkin formaları başqa planetlərdən və ya kosmosda hərəkət edən asteroid və kometlər vasitəsilə Yerə gətirilmiş ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, həyatın yaranması üçün tələb olunan mürəkkəb şərtlər təsadüfən baş verməkdən çox, xarici mənbələrdən gəlmə ehtimalını gücləndirir. Bu nəzəriyyə həm biologiya, həm də astronomiyanın kəsişməsində maraqlı müzakirələrə səbəb olur.
Alimlər hələ də dəqiq sübutlar tapmasalar da, panspermiya nəzəriyyəsi həyatın mənşəyi ilə bağlı ən maraqlı və mübahisəli ehtimallardan biri sayılır.
Fidan Hacızadə
Sfera.az






