Sım kəndində mağara kəşf olunub - Kənd sakini

Astaranın qədim tarixi ilə seçilən Sım kəndində yeni təbii abidə aşkar edilib. Kənd sakini Pardis Salayevin sözlərinə görə, kənddə yerləşən şəlalərin birinin arxasında mağaranın mövcud olduğu müəyyənləşdirilib.
Sfera.az xəbər verir ki, onun bildirdiyinə görə, Sım kəndi qədim tarixə malikdir və adı Nuh peyğəmbərin övladı Sam ilə bağlıdır. Kənd ərazisində qayaüstü təsvirlər, mixi yazılar, ərəb dilində yazılar, eləcə də şah nişanələri və şah divanxanaları mövcuddur.
Pardis Salayev qeyd edib ki, kəndin dağ başında yerləşən qədim mağara, kənddən axan iki çay və Dustaqxana şəlaləsi bu gün də turistlərin maraqla ziyarət etdiyi yerlərdəndir:
“Son vaxtlar kəndimizdə yeni yerlər də kəşf olunub. Xüsusilə şəlalənin arxasında mağaranın tapılması diqqət çəkən hadisədir,” – deyə o bildirib.
Yeni aşkar edilən mağaranın yaxın gələcəkdə araşdırılacağı və turizm marşrutuna daxil ediləcəyi gözlənilir.
Niyaz Hacıyev
Sfera.az







