Merilin Monro barədə dəhşətli təfərrüatlar ortaya çıxıb: Ölümü zorakılıq ola bilər

Merilin Monro barədə dəhşətli təfərrüatlar ortaya çıxıb: Ölümü zorakılıq ola bilər
Kateqoriya məlum deyil
T

Merilin Monronun ölümündən 63 il sonra patoloq Tomas Noquçi etiraf edib ki, o, aktrisanın ölümünü ört-basdır edən sadəcə “piyada” olub.

 

O zaman 37 yaşı olan Noquçi 1962-ci ilin avqustunda Monronun yarılmasını həyata keçirib. 

 

Sfera.az bildirir ki, Ann Soon Çoinin "LA Coroner" adlı yeni kitabında Noquçi intihar fərziyəsinə əvvəldən əmin olmadığını deyir. O, iddia edir ki, meyitin müayinəsi zamanı heç bir iynə izi aşkar edilməyib və toksikoloji nəticələr şübhə doğurub.

 

Aktrisanın qanında pentobarbital və xloralhidratın öldürücü dozaları aşkar edilib, lakin baş toksikoloq Raymond Abernathi mədə tərkibi və digər orqanlar üzrə əlavə testlər aparmaqdan imtina edib. Bundan əlavə, bu materiallar tezliklə məhv edilib və mütəxəssislərin narkotiklərin inyeksiya ehtimalını qəti şəkildə istisna etməsinə mane olublar.

 

Noqiçi deyir ki, o, rəhbərlərinin qərarına etiraz edə bilməyib, lakin natamam təhlilin çoxlu sual buraxacağından da narahat olub. O, Monronun ölümünün zorakılıq olduğunu istisna etmir.

 

Aktrisanın ölümü hələ də siyasətçilərin, o cümlədən Con və Robert Kennedinin iştirakı ilə bağlı fərziyyələri gücləndirir. Monronun evindən aparılan gizli yazıların Robert Kennedi ilə münaqişəsini sənədləşdirdiyi iddia edilir, bundan sonra ulduz həyat əlamətləri göstərməyi dayandırır.

 

Qeyd edək ki, 63 il əvvəl, 5 avqust 1962-ci ildə Monro Los-Ancelesdəki evində ölü tapılıb. Ölümün rəsmi səbəbi yuxu həbinin həddindən artıq dozası olaraq qeyd edilsə də, sui-qəsd nəzəriyyələri bu gün də yayılmağa davam edir.

 

Xanım

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR